Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb
Cihazlar+
12.07.2024
Emil Nəcəfov
Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti növbəti təqdimat tədbirini 18 iyul tarixində keçirəcək və tədbir çərçivəsində qatlana bilən Xiaomi MIX Fold 4, MIX Flip smartfonları ilə yanaşı həmçinin Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq. İndi isə Xiaomi Mi Band 9 smart qolbağının render fotosu və bəzi məlumatları ortaya çıxıblar. Ortaya çıxmış fotoya əsasən Mi Band 9 xarici görünüşcə keçən ilki Mi Band 8-dən heç də fərqlənməyəcək. Bununla belə yeni smart qolbağın bəzi özəllikləri daha da yaxşılaşdırılmalıdır. Belə ki, Mi Band 9-da ürək döyüntüləri tezliklərinin ölçülməsi dəqiqliyi 10%, onun avtonom rejimdə çalışma müddəti isə 23% yüksələ bilər. Bu isə smart qolbağın 3 həftə ərzində şarj prosesinə ehtiyac duymadan çalışması deməkdir. Bəzi məlumatlara əsasən Mi Band 9-un ekran parlaqlığı 1200 nit-ə kimi yüksələcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Təqdimata hazırlaşan Redmi K70 Ultra smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atıb
Xiaomi-nin Redmi brendi Redmi K70 Ultra flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Xiaomi şirkəti öz istifadəçi interfeysi olan HyperOS-in ikinci versiyasını smartfonlarında istifadəyə verməyə hazırlaşır.
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Xiaomi-nin Redmi brendi dünən Redmi K70 Ultra-nın yeni tizer posterini təqdim etdi. Tizer posterdə smartfon qaranlıq fonda əks olunsa da onun arxa panelini görmək olardı.
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Bir neçə gün bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi şəkildə təsdiqlədi ki, şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və ilk qatlana bilən qapaqlı MIX Flip smartfonları artıq bu ay ərzində təqdim olunacaqlar.
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ