Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
11.07.2024
Emil Nəcəfov
Bir neçə gün bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi şəkildə təsdiqlədi ki, şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və ilk qatlana bilən qapaqlı MIX Flip smartfonları artıq bu ay ərzində təqdim olunacaqlar. Lakin bununla belə Lei Jun sözügedən smartfonların dəqiq təqdimat tarixlərini açıqlamadı. Bu vəziyyəti insayderlər dəyişiblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi bu yeni smartfonlarını 18 iyul tarixində Çində təqdim edəcək.
Bununla yanaşı onlar qeyd ediblər ki, təqdimat çərçivəsində üstəlik Redmi K70 Ultra smartfonu və Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq. Qeyd etmək lazımdır ki, qatlana bilən Xiaomi MIX Fold 4-ün Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Xiaomi MIX Flip-ə gəldikdə isə onun da Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonunun yeni tizer posterini təqdim edib.
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Samsung bu ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək yeganə şirkət olmayacaq. Belə ki, Xiaomi bu ay qatlana bilən Xiaomi MIX Fold 4-ü və qatlana bilən qapaqlı MIX Flip-i təqdim edəcək.
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi Redmi 13 5G smartfonu ilə yanaşı həmçinin Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlığını da təqdim edib.
Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
Xiaomi 15 smartfon seriyasının oktyabr ayının sonunda və ya noyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir. Təqdimata bir neçə ay qalmasına baxmayaraq Çinin Weibo adlı sosial şəbəkəsində bu smartfon seriyasının texniki imkanları ortaya çıxıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!