
Xiaomi-nin növbəti 7 smartfonunun rəsmi dəstəyi dayandırılıb
Cihazlar+
16.05.2025
Emil Nəcəfov
Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 7 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir. Xiaomi-nin EoS siyahısına daxil etdiyi növbəti 7 smartfon şirkətin REDMI və POCO brendlərinin məhsullarını əhatə edir. EoS siyahısına daxil edilən cihazlar artıq nə Android nə də təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Bu üsul ilə şirkət onların proqram təminatı dəstəklərini yekunlaşdırır. Beləliklə Xiaomi-nin EoS siyahısına daxil edilmiş növbəti smartfonlar aşağıdakılardır:
- Redmi Note 11T Pro
- Redmi Note 11T Pro+
- Redmi K50i
- POCO X4 GT
- POCO C40
- Redmi K40S
- POCO F4.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib

Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib
Xiaomi şirkəti yaxın zamanda CIVI 5 Pro adlı yeni smartfonunu təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Bununla yanaşı şirkət sözügedən smartfonun ilk rəsmi fotolarını təqdim edib.
Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb

Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb
Keçən ildən bəri Xiaomi-nin smartfonlar üçün öz prosessorunu hazırladığına dair şayiələr dolaşırdı. İndi bu məlumat rəsmi şəkildə təsdiqlənib. Şirkət bildirib ki, çip bu ayın sonunda təqdim olunacaq.
Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib

Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi yaxın zamanda Civi 5 Pro adlı yeni subflaqman smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni smartfon Geekbench testlərindən keçib.
Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər

Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər
İxtisaslaşmış KİV-lərin məlumatına görə, Xiaomi şirkəti OPPO, Vivo və OnePlus brendlərinin ana şirkəti olan BBK Group və HUAWEI ilə birgə Android əməliyyat sisteminə alternativ yaratmaq məqsədilə əməkdaşlıq etməyi planlaşdırır.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Həftənin xəbərləri

