main-post-cover

    Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər

    Proqram Təminatı
    05.05.2025
    Emil Nəcəfov
         İxtisaslaşmış KİV-lərin məlumatına görə, Xiaomi şirkəti OPPO, VivoOnePlus brendlərinin ana şirkəti olan BBK Group HUAWEI ilə birgə Android əməliyyat sisteminə alternativ yaratmaq məqsədilə əməkdaşlıq etməyi planlaşdırır. Söhbət sadəcə yeni bir interfeys hazırlamaqdan getmir - gözlənilir ki, Çin istehsalçıları Google ekosistemindən tamamilə imtina edəcəklər. Sahə üzrə analitiklərin fikrincə, Google məhsullarından tam imtina şirkət məhsullarına olan istifadəçi marağının azalmasına səbəb ola bilər.
         Digər tərəfdən, müstəqil əməliyyat sisteminin hazırlanması ABŞ tərəfindən tətbiq oluna biləcək sanksiyalara qarşı bir növ “sığorta” rolunu oynayacaq və amerikalı proqram təminatı istehsalçılarından asılı olmayan alternativ ekosistemin qurulmasına imkan verəcək. Xiaomitime tərəfindən yayımlanmış məlumata görə, söhbət proqram təminatının inkişafında kəskin kurs dəyişikliklərindən getmir. Böyük ehtimalla, Xiaomi tədricən Google-dan asılılığı azaltmaqla yanaşı, daxili ekosistem xidmətlərinin təkmilləşdirilməsinə daha çox diqqət ayırmağa başlayacaq.
         Daha əvvəl HUAWEI də oxşar addım atmış və bu günə qədər bəzi ölkə bazarlarında EMUI interfeysi ilə smartfonlar təqdim etməyə davam etmişdir. Gözlənilir ki, Çin texnologiya nəhənglərinin - Xiaomi, BBK Group və HUAWEI - birgə əməkdaşlığı onların smartfonlarının qlobal bazarda payını qoruyub saxlamasına və alternativ mobil əməliyyat sistemlərinin dünya səviyyəsində təsirini artırmasına kömək edəcək. Bununla belə, Xiaomi bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
    Mənbə: Xiaomitime
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
    samsung-qlobal-smartfon-bazarindaki-liderliyini-geri-qaytarib
    Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib
    xiaomi-mentiq-yurude-bilen-mimo-adli-suni-zeka-modelini-istifadeye-verib
    Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
    xiaomi-16-oz-seqmentinde-en-boyuk-hecmli-batareyani-elde-edecek
    Xiaomi YU7-nin 800 km-dan çox yol qət edəcək versiyası olacaq
    xiaomi-yu7-nin-800-km-dan-cox-yol-qet-edecek-versiyasi-olacaq
    REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
    redmi-turbo-4-pro-subflaqman-smartfonu-teqdim-olunub-qiymeti