
Avropa biznes üçün daxili yanma mühərrikli avtomobillərin alışını qadağan etmək istəyir
Nəqliyyat
21.07.2025
Emil Nəcəfov
Avropa Komissiyası daxili yanma mühərrikli (DYM) avtomobillərə çıxışı məhdudlaşdıracaq yeni bir təşəbbüs üzərində işləyir. 2030-cu ildən etibarən iri biznes subyektlərinə, o cümlədən karşerinqlə məşğul olan xidmətlərə yalnız elektromobil almağa icazə verilə bilər. Avropa Birliyi DYM avtomobillərdən imtina müddətlərinə yenidən baxmağı planlaşdırır. Yeni qanun layihəsi birbaşa olaraq icarə xidmətlərinin və korporativ avtomobil parklarını idarə edən iri şirkətlərin maraqlarına təsir edəcək. Məlumata görə, Avropa Komissiyası yeni qanun layihəsi hazırlayır.

Bu sənədə əsasən, iri şirkətlərə və avtomobil icarəyə götürənlərə 2030-cu ildən etibarən DYM-lə işləyən avtomobillər almaq qadağan ediləcək. Bu, Sixt və Europcar kimi nəhəng şirkətləri də əhatə edir. Bu tədbir Avropa avtomobil bazarının təxminən 60%-nə təsir edəcək, çünki yeni avtomobillərin böyük hissəsi məhz korporativ müştərilər tərəfindən alınır. Bu planlar gözlənilməz olub. Daha əvvəl Avropa Birliyi DYM avtomobillərin satışına tam qadağanı yalnız 2035-ci ildən tətbiq etməyi müzakirə edirdi.
Yeni qanun layihəsinin artıq yay sonunda təqdim olunması planlaşdırılır, lakin hələlik nə Avropa Komissiyası, nə də Avropa Birliyinin digər institutları təfərrüatları açıqlamır. Bu ideya artıq tənqidlərə səbəb olub. Avropa Parlamentinin deputatı Markus Ferber bu təşəbbüsü qeyri-realist hesab edir. Avropada hələ də kifayət qədər şarj infrastrukturu yoxdur, icarə şirkətləri isə elektromobillərin sayını azaltmağa başlayıblar - çünki onlara tələbat aşağıdır. Sixt şirkəti də bu qərarın bazarı reallıqdan uzaqlaşdıracağını bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, yeni qaydalar qiymətlərin artmasına və avtomobil icarəsinin turistlər və fərdi müştərilər üçün daha az əlçatan olmasına gətirib çıxaracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa Starlink-in analoqunu hazırlayır

Avropa Starlink-in analoqunu hazırlayır
Böyük Britaniya və Fransa hökumətləri, Elon Musk-a məxsus Starlink peyk internetindən Avropanın asılılığını azaltmaq məqsədilə birgə maliyyələşdirdikləri layihəyə dəstək vermək üçün güclərini birləşdiriblər.
Avropa Komissiyası "Süni Zəka Qanunu"nun təlimatlarını təqdim edib

Avropa Komissiyası "Süni Zəka Qanunu"nun təlimatlarını təqdim edib
Avropa Komissiyası “Süni Zəka Qanunu”nun (AI Act) müddəalarının icrasını şirkətlər üçün asanlaşdırmaq məqsədilə qaydalar toplusunu açıqlayıb. Sənəd Avropa Birliyinin hüquqi çərçivəsi daxilində fəaliyyətin necə qurulacağı ilə bağlı tövsiyələr verir və təşkilatların qanun tam qüvvəyə minməzdən əvvəl proseslərini uyğunlaşdırmalarına yardım etməyə yönəlib.
“Avropa Kosmos Qanunu” təqdim edilib

“Avropa Kosmos Qanunu” təqdim edilib
26 iyun tarixində Avropa Komissiyası “Avropa Kosmos Qanunu”nu (EU Space Law) təqdim edib. Avropa bürokratlarının fikrincə, artıq kosmosda qanun və nizam yaratmağın vaxtı çatıb. Əslində, kosmik sahədə fəaliyyətin tənzimlənməsi üçün ümumi qəbul olunmuş qaydalar və təlimatlar mövcud deyil.
Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək

Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək
Avropa Birliyi, böyük texnologiya şirkətləri və bəzi ölkələrin vaxt cədvəlinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, süni zəkanın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini müəyyən olunmuş müddətlərə uyğun şəkildə davam etdirir.
Həddindən artıq tənzimləmə Avropadakı innovasiyaları ləngidir

Həddindən artıq tənzimləmə Avropadakı innovasiyaları ləngidir
Google Avropa Birliyinin antiinhisar orqanlarına və narazı şirkət ictimaiyyətinə bəyan edib ki, bölgədə iri texnologiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş mövcud qanunlar innovasiyalara mane olur, həmçinin Avropa istehlakçılarına və şirkətlərinə zərər vurur.
Həftənin xəbərləri

