
BYD 3000 at gücündən daha güclü elektrikli hiperkarı satışa çıxartmağa hazırlaşır
Nəqliyyat
11.08.2025
Emil Nəcəfov
Elektrik mühərriklərinin fırlanma momenti xüsusiyyəti, hətta “mülki” elektromobillərə gündəlik istismarda təsirli dinamika verir və demək olar ki, istənilən istehsalçıya idman avtomobili istehsal etməyə imkan yaradır. BYD Çində 3000 at gücündən çox gücə malik Yangwang U9 Track Edition hiperkarını qeydiyyata alıb. Belə bir elektromobilin Çinin tənzimləyici kataloqunda kifayət qədər ətraflı illüstrasiyalarla birlikdə yer alması, onun buraxılışının qaçılmaz olduğuna demək olar ki, şübhə yeri qoymur. Track Edition modifikasiyasının əsasında elektrikli idman avtomobili Yangwang U9 dayanır, lakin onun güc qurğusunun gücü 960 kVt-dan 2220 kVt-a qədər 2 dəfədən çox artırılıb.

Ənənəyə uyğun olaraq, 4 təkərin hər biri öz elektrik mühərriki ilə hərəkətə gətirilir və bu U9 modifikasiyasında hər mühərrikin gücü 555 kVt-a çatır. Avtomobil mütəxəssislərinin daha yaxşı anladıqları ölçülərlə bu, ümumi 3019 at gücü deməkdir. Qeyd edək ki, maksimal sürət standart 350 km/saat ilə məhdudlaşdırılıb və gücün artırılmasının əsas məqsədi yəqin ki, sürətlənmə dinamikasını yaxşılaşdırmaqdır. Görünür, BYD sadəcə Xiaomi-nin idman traslarındakı nailiyyətlərini ötüb keçmək və dünyaya “ən sürətli elektromobil”i təqdim etmək istəyir.

Qeyd etmək lazımdır ki, hətta Yangwang U9-un adi versiyası belə 392 km/saat sürət yığa bilib, buna görə də daha güclü variantın sələfinin nəticəsini üstələməsi gözlənilir. Belə bir elektromobilin bazara nə vaxt çıxacağı və hansı qiymətə satılacağı hələlik məlum deyil, lakin Yangwang U9-un adi versiyası Çində 231 000$-a təklif olunur. Bu, gücü oxşar olan Lotus və Rimac elektrik hiperkarları ilə müqayisədə bir neçə dəfə ucuzdur, buna görə də Track Edition versiyasının alıcılar uğrunda rəqabətdə üstünlüyü məhz daha aşağı qiyməti hesabına qazana bilmə şansı böyükdür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BYD elektromobilini 3 dəfə ildırım vurub, lakin nəqliyyat çalışmağa davam edib (VİDEO)

BYD elektromobilini 3 dəfə ildırım vurub, lakin nəqliyyat çalışmağa davam edib (VİDEO)
Litium batareyalı, maye elektrolitli elektromobillərlə bağlı əsas qorxulu hekayələrdən biri onların yüksək yanğın təhlükəsi ilə əlaqədar rəvayətlərdir.
BYD avtonom parkinq zamanı ola biləcək istənilən zərəri ödəməyə söz verib

BYD avtonom parkinq zamanı ola biləcək istənilən zərəri ödəməyə söz verib
Çinin avtomobil istehsalçısı və Tesla-nın əsas rəqibi olan BYD, özünün avtonom parketmə sistemi ilə bağlı yaranacaq istənilən ziyanın ödənilməsinə tam hazır olduğunu bəyan edib.
Toyota BYD-nin elektromobil hazırlama sürətindən heyrətə gəlib

Toyota BYD-nin elektromobil hazırlama sürətindən heyrətə gəlib
Hələ yaxın keçmişdə yeni avtomobilin yaradılması - ilk eskizdən istehsal xəttinə qədər - 4-5 il çəkirdi. Lakin elektromobil dövründə Çin avtomobil istehsalçıları bu qaydaları tamamilə dəyişib.
BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub

BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub
Çinin avtomobil nəhəngi BYD uzun müddətdir və haqlı olaraq elektromobil bazarında qlobal lider statusuna iddialıdır. Lakin Avropada yerli bazarın ləngliyi və Çindən gələn avtomobillərə qarşı artırılmış gömrük rüsumları səbəbilə, BYD məhsulları yalnız bu ilin aprel ayında Tesla elektromobillərini məşhurluq baxımından geridə qoya bilib.
BYD bu il Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektromobil istehsalçısı ola bilər

BYD bu il Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektromobil istehsalçısı ola bilər
Çinin BYD şirkəti ötən ilin payızında gəlir baxımından Tesla-nı geridə qoymuşdu, dekabr ayına qədər isə dünyanın altıncı ən böyük avtomobil istehsalçısına çevrilmişdi. Şirkət 2024-cü ili daha yüksək gəlir və artım tempi ilə başa vurdu.
Həftənin xəbərləri

