BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
Nəqliyyat
16.08.2024
Farid Pardashunas
BYD-nin yeni elektrik super avtomobili Yangwang U9, 375 km/saat sürətə çataraq texniki göstəricilərindən kənara çıxmağı bacarıb. Bəs bu super idman avtomobilinin xüsusiyyətləri nələrdir?
BYD-nin premium brendi Yangwang, fevral ayında U9 adlı ilk super idman avtomobilini təqdim etmişdi. 4 elektrik mühərrikinə sahib avtomobil, 1287 at gücü (960 kVt) olan möhtəşəm güc dəyəri ilə 0-dan 100 km/saat sürətə cəmi 2.36 saniyəyə çata bilir. Avtomobilin son sürətinin isə 309 km/saat olduğu bildirilmişdi. Lakin avtomobil, 375 km/saat sürətlə texniki göstəricilərindən kənara çıxa bilib.
U9, bu yayın əvvəlində Nurburgring-də yarışarkən görüntülənib. Buna görə də avtomobilin trasda rekord sürət cəhdi etməsi ehtimalı ağıllara gəlir. Onu da qeyd edək ki, Nurburgring trekində ən sürətli elektrik avtomobili 7:05-lik dərəcə ilə Rimac Nevera avtomobilidir. Yangwang U9, BYD-nin Disus X tam aktiv bədən idarəetmə sistemi ilə rəqs edib, yellənə bilmək qabiliyyəti ilə diqqətləri çəkə bilmişdi. Uzunluğu 4966 mm, eni 2029 mm və hündürlüyü 1295 mm olan BYD-nin elektrikli super avtomobili, demək olar ki, Lamborghini Aventador ilə eyni ölçülərə malikdir. 80 kWh BYD Blade akkumulyatoru olan avtomobil, CLTC ölçülərinə görə 450 km məsafə qət edir və cəmi 10 dəqiqə ərzində 30%-dən 80%-ə qədər şarj ola bilir.
Təxminən 233.400$ başlanğıc qiyməti ilə Yangwang U9, Ferrari və Buggati kimi rəqiblərinin yarısından az qiyməti ilə seçilir. Yangwang, bir neçə həftə əvvəl U9 modelinin istehsalına başladığını açıqlamışdı. Çatdırılmalara isə bu aydan başlanması planlaşdırılır.
Linki kopyala
yangwang
byd yangwang
yangwang u9
byd yangwang u9
yangwang u9 nurburgring
byd electric cars
byd
electric cars
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
Elektrikli avtomobillərə tələbat azalsa da, iyul ayında dünya üzrə elektrikli avtomobil satışları 21% artıb. Ən böyük sıçrayış isə Çində baş verib.
Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
Litium-ion batareya paketinin istehsal dəyəri 2008-ci ildə kVt/saat üçün təxminən 1415 dollar olduğu halda, 2023-cü ildə bu dəyər 139 dollara düşüb.
Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
Forge Battery, yüksək xüsusi enerjiyə malik 21700 silindrik Li-ion batareyasının prototipinin göndərməyə başlayıb. Yeni “Gen. 1.1 Supercell" akkumulyatoru, elektrik avtomobilləri üçün 10 dəqiqəyə enerji doldurmağı vəd edir.
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektrikli nəqliyyat vasitələri geniş yayıldıqca, bu vasitələrin şəbəkələri dəstəkləmə qabiliyyəti də gündəmdə yer almağa başlayır. Bu çərçivədə elektriklə işləyən avtomobillər ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin edib.
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Sorğu nəticəsində məlum olub ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ