main-post-cover

    Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!

    Nəqliyyat
    11.07.2024
    Farid Pardashunas

         Sorğu nəticəsində məlum olub ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.

         Amerikanın beynəlxalq idarəetmə konsaltinq firması McKinsey & Company tərəfindən aparılan yeni araşdırma, elektrikli avtomobillərə qarşı sərt mövqe nümayiş etdirib. Araşdırmalara görə, elektrik avtomobil sahiblərinin demək olar ki, yarısı nəqliyyat vasitələrini satıb, yenidən benzinlə işləyən avtomobillərə qayıdırlar. McKinsey & Company-nin son Mobility Consumer Pulse sorğusunun məlumatları olduqca təəccüblüdür.
         Bildirilib ki, sorğuda iştirak edən elektromobil sahiblərinin 46%-i nəqliyyat vasitələrini satıb, benzinlə işləyən avtomobil almağı düşünür. Bundan əlavə, sorğuda iştirak edən istifadəçilərin 29%-i sahib olduqları ilk və sonuncu elektromobildən istifadə etdiklərini və gələcəkdə elektrikli avtomobil almağı planlaşdırmadıqlarını bildiriblər. Sorğuda iştirak edən istifadəçilərdən elektrikli avtomobil təcrübələrinə mənfi təsir göstərən məqamları sadalamaq istənilib. İştirakçılar, məsafə narahatlığı, avtomobili evdə doldura bilməmək və ümumi şarj cihazların tapılmaması kimi problemləri sıralayıblar. Bir sözlə desək, ümumi problem batareyanın doldurulması və istifadəsi ilə bağlı olub. Çünki bir çox istifadəçilər, altındakı avtomobillərin real gücündən istifadə edə bilmədiklərindən şikayətlənirlər. Bir sorğu iştirakçısı bildirib ki, onun avtomobili 450 at gücünə malikdir, lakin o, yolda enerji doldurma məntəqələrində vaxt itirməmək və məsafəni tənzimləmək üçün avtomobilindən 100 at gücündə istifadə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
    iflas-etmis-fisker-markasi-elde-qalan-butun-elektrikli-avtomobilleri-ucuz-qiymete-satmaga-hazirlasir
    Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
    daxili-yanma-muherrikli-avtomobiller-tarixe-qovusur
    Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
    elektrikli-avtomobiller-mis-hasilatini-ehemiyyetli-derecede-artiracaq
    Həm elektrikli avtomobil akkumulyatorlarının ömrünü uzadacaq, həm də daha sürətli şarj etməyə imkan verəcək texnologiya hazırlanıb!
    hem-elektrikli-avtomobil-akkumulyatorlarinin-omrunu-uzadacaq-hem-de-daha-suretli-sarj-etmeye-imkan-verecek-texnologiya-hazirlanib
    Çin dünyanın elektromobil istehsalı mərkəzinə çevrilib
    cin-dunyanin-elektromobil-istehsali-merkezine-cevrilib