main-post-cover

    Çinin kiçik avtomobil istehsalçıları satış tempi mövzusunda BYD-ni geridə qoymağa başlayıblar

    Nəqliyyat
    01.09.2025
    Emil Nəcəfov
         Biznesin vertikal inteqrasiyası və istehsalın miqyası bazarda elektromobillərə dominantlıq üçün kifayət edir tezisi BYD nümunəsində artıq işləmir, çünki daha kiçik rəqiblər tanınmış dünya liderindən daha sürətlə satış həcmlərini artırmağa başlayıblar. Ən azı XPengLeapmotor elektromobil tədarükündə təsirli dinamika nümayiş etdirirlər. Çin startaplarının çoxu Tesla nümunəsini izləyərək elektromobil bazarına daha bahalı modellərlə daxil olmağa başlamışdı, həmin modellərdən əldə edilən gəlir isə daha kütləvi və əlçatan elektromobillərin istehsalını qurmağa imkan verirdi. Problem ondadır ki, “qiymət müharibələri” şəraitində bir çox Çin avtomobil istehsalçıları xroniki olaraq zərərlə işləyirlər. Lakin son dövrlərdə bu, onların bazara daha əlçatan modellər çıxarmalarına mane olmur və həmin modellər gəlirlərini artırmalarına kömək edir.
         Xüsusilə, XPeng cari ilin əvvəlindən bəri 271 615 elektromobil təhvil verə bilib ki, bu da ötən ilin eyni dövrünün nəticəsindən 3 dəfədən çoxdur. Bu dinamikanın əsas səbəblərindən biri ötən ilin avqustunda debüt etmiş ucuz Mona M03 modelidir, hansı ki, Çində 16 800$-dan başlayan qiymətlərlə təklif olunur. XPeng məhsulları Çində ilkin olaraq daha inkişaf etmiş proqram təminatı ilə tanınırdı və hətta törəmə brendin büdcə modeli belə bu baxımdan iri avtomobil istehsalçılarının daha sadə məhsulları fonunda seçilirdi. Hazırda Mona M03 XPeng elektromobillərinin aylıq satış həcminin 40%-dək hissəsini təşkil edir. Bu fonda şirkətin mənfəət norması ikinci rübdə 17.3%-ə yüksəldi, xalis zərərləri isə azaldı, baxmayaraq ki, rentabelliyə çıxmaq üçün hələ müəyyən vaxt lazımdır. Avtomobil istehsalçısının qurucusu və rəhbəri He Xiaopeng-in fikrincə, bu ilin sentyabr ayından etibarən şirkət müntəzəm olaraq hər ay 40 000-dən çox elektromobil satacaq.
         2020-ci ildən bəri ilk dəfə yenilənmiş XPeng P7 sedanı da şirkətin salonlarına yeni müştərilər gətirəcək. Startapa dəstək verən amillərdən biri də Çin avtomobil istehsalçısının səhmdarı olan Volkswagen ilə strateji əməkdaşlıqdır. Müəyyən adaptasiyadan sonra XPeng platformaları Çin bazarı üçün nəzərdə tutulmuş Volkswagen modellərində, o cümlədən şarj edilə bilən hibridlərdə istifadə olunacaq. Nio avqust ayında elektromobil tədarükü üzrə aylıq rekord əldə etdiyini açıqladı - göstərici illik müqayisədə 55.2% artaraq 31 305 ədədə çatdı. Bu sayın yarıdan çoxu orta qiymət seqmentinə aid Onvo markasının məhsullarına düşdü, büdcəli Firefly isə cəmi 4346 avtomobil təmin etdi. Nio rəhbərliyi dördüncü rübün yekununda şirkətin nəhayət zərərsizliyə çıxacağına əmindir.
         Son vaxtlar bu məqsədə çatmağa Nio-nun markaya məxsus sürətli batareya dəyişmə stansiyalarının tikintisinə həddən artıq diqqət ayırması mane olurdu. Rentabelliyin əldə olunmasında əsas ümidlər şirkətə yaxşı qazanc gətirən flaqman krossoverlər Nio ES8 Onvo L90 modellərinin yüksək məşhurluğuna bağlanır. Eyni zamanda, böyük beynəlxalq avtomobil konserni Stellantis-in dəstəklədiyi Leapmotor avqust ayında elektromobil tədarükünü illik müqayisədə 88% artıraraq 57 066 ədədə çatdırdı. Əsas gəliri isə B10 və C10 kimi ucuz modellər təmin edir. Bu fonda BYD cari ildə proqnozlaşdırılan 5.5 milyon hibrid və elektromobil satışını reallaşdıra bilməmə riski ilə üz-üzədir. Bernstein analitikləri indi daha real nəticənin 5,1 milyon avtomobil satışından ibarət olacağını gözləyirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropada Tesla-nın satışları 40% azalıb, BYD-nın satışları 3 dəfə artıb
    avropada-tesla-nin-satislari-40-azalib-byd-nin-satislari-3-defe-artib
    BYD 3000 at gücündən daha güclü elektrikli hiperkarı satışa çıxartmağa hazırlaşır
    byd-3000-at-gucunden-daha-guclu-elektrikli-hiperkari-satisa-cixartmaga-hazirlasir
    BYD elektromobilini 3 dəfə ildırım vurub, lakin nəqliyyat çalışmağa davam edib (VİDEO)
    byd-elektromobilini-3-defe-ildirim-vurub-lakin-neqliyyat-calismaga-davam-edib-video
    BYD avtonom parkinq zamanı ola biləcək istənilən zərəri ödəməyə söz verib
    byd-avtonom-parkinq-zamani-ola-bilecek-istenilen-zereri-odemeye-soz-verib
    Toyota BYD-nin elektromobil hazırlama sürətindən heyrətə gəlib
    toyota-byd-nin-elektromobil-hazirlama-suretinden-heyrete-gelib