Porsche-nin elektrikli Cayenne modeli kabelsiz şarj oluna bilir
Nəqliyyat
20.11.2025
Sevinc Miralizade
Technote.az Mashable platformasına istinadən bildirir ki, Porsche-nin ən böyük SUV modeli Cayenne nəhayət elektrikləşdirilib və yeni model bir neçə diqqətçəkən xüsusiyyət ilə gəlir.
Porsche-nin elektrikli Cayenne modelinin ən önəmli üstünlüklərindən biri onun inanılmaz dərəcədə sürətli olmasıdır. Ən güclü versiya olan Porsche Cayenne Turbo Electric 850 kW (1,156 at gücü) hasil edir və 0-dan 100 km/saat sürətə cəmi 2,5 saniyəyə çatır. 0-dan 200 km/saat-a qədər sürətlənmə isə 7,4 saniyə çəkir. Maksimal sürət 260 km/saatdır. Porsche bildirir ki, bu model şirkətin indiyə qədər istehsal etdiyi ən güclü seriya istehsalı avtomobildir.
Daha sadə konfiqurasiyaya sahib giriş səviyyəli Cayenne modeli isə 300 kW gücə malikdir və 0–100 km/saat sürətlənməni 4,8 saniyədə tamamlayır. Maksimal sürət 230 km/saatdır.
Model “Formula E levels of recuperation” qabiliyyəti ilə də seçilir. Bu, SUV modelinin bütün əyləc əməliyyatlarının təxminən 97 faizini yalnız elektrik mühərrikləri ilə yerinə yetirə bilməsi deməkdir. Turbo versiyası üçün opsional Porsche Ceramic Composite Brake sistemi mövcuddur.
Yeni Cayenne-in ən maraqlı yeniliklərindən biri də opsional induktiv, yəni kabelsiz şarj funksiyasıdır. Bu sistemdə avtomobili sadəcə xüsusi şarj panelinin üzərinə park etmək kifayətdir. Şarj sürəti yüksək olmasa da (11 kW), gündəlik istifadə üçün çox rahatdır.
Avtomobil həmçinin böyük 113 kWh batareya ilə təmin olunub və 400 kW-a qədər DC sürətli şarjı dəstəkləyir. WLTP üzrə məsafə göstəriciləri belədir:
- Cayenne Electric: 642 km
- Cayenne Turbo Electric: 623 km
Bu göstəricilər yeni Cayenne elektrik modellərini həm performans, həm rahatlıq, həm də uzun məsafə baxımından sinifində güclü rəqibə çevirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Porsche süni intellekt əsaslı virtual test sayəsində 120 ədəd prototipin yaradılmasından imtina edib
Porsche süni intellekt əsaslı virtual test sayəsində 120 ədəd prototipin yaradılmasından imtina edib
Porsche yeni elektrikli krossoverin virtual sınaqları üçün süni intellektdən istifadə edib. Bu texnologiya şirkətə 120 fiziki prototip yaratmaqdan imtina etməyə imkan verib.
Elektromobillərin qlobal satışları 29% yüksəlib
Elektromobillərin qlobal satışları 29% yüksəlib
2025-ci ilin birinci yarısında dünyada elektromobil satışları illik müqayisədə 29.4% artaraq 9.29 milyon ədədə çatıb - əsasən Çin, Avropa və ABŞ hesabına. Bu üç bazara 8.4 milyon ədəd, yəni ümumi həcmin 90.4%-i düşüb.
Porsche elektromobilllər ilə bağlı iddialı planlarından imtina edib
Porsche elektromobilllər ilə bağlı iddialı planlarından imtina edib
Bir neçə il əvvəl elektromobil bazarının inkişaf perspektivləri ilə bağlı yaranmış bir növ eyforiya bir çox avtomobil istehsalçılarını yalnız elektrik ötürməsinə keçid üçün qısa müddətlər təyin etməyə deyil, həm də batareyaların istehsalını öz qüvvələri ilə təşkil etməyə sövq etmişdi.
Trump-ın antielektromobil siyasəti yerli bazarda bu nəqliyyat növünün satışlarını artırıb
Trump-ın antielektromobil siyasəti yerli bazarda bu nəqliyyat növünün satışlarını artırıb
1 oktyabrdan etibarən ABŞ-da elektromobil alıcıları üçün 7500$-lıq vergi güzəşti qüvvədən düşəcək. Bir çox amerikalı isə “gedən qatarın son vaqonuna minmək” qərarına gəlib və nəticədə elektromobil satışları sürətlə artmağa başlayıb.
Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar
Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar
2025-ci ildə böyük avtomobil istehsalçıları ABŞ-da elektromobillərin istehsalı ilə bağlı bir neçə il əvvəl çox ümidverici görünmüş iddialı planlarından kütləvi şəkildə imtina etməyə başladılar.
Həftənin xəbərləri