Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Nəqliyyat
10.10.2024
Emil Nəcəfov
Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası və Avropa Velosipedçilər Fondu kimi təşkilatlar Tesla Cybertruck-ın ictimai yollarda istifadəsinin qadağan edilməsini istəyirlər. Bu ideyanın ən aktiv şəkildə irəli çəkildiyi ölkə isə Çexiyadır.
Məsələ burasındadır ki, Çexiyada alıcılardan biri təhlükəsizlik ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində elektromobilin konstruksiyasında müəyyən dəyişikliklər edəndən sonra onu qeydiyyatdan keçirə bilib. Həmin dəyişikliklərdən biri də Cybertruck-ın iti sahələrinə rezin örtüyün əlavə edilməsi olub. Aktivistlər Çexiyanın nəqliyyat naziri Martin Kupka-ya məktub göndəriblər və göndərilmiş məktubda qeyd ediblər ki, Cybertruck yol hərəkətinin digər bütün iştirakçıları üçün böyük riskdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Tesla şirkəti bu gecə “Tesla We, Robot” adlı təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən sözügedən tədbirdə şirkət pilotsuz taksi nəqliyyatını təqdim edəcək.
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Elektrik avtomobili nəhəngi Tesla-nın Almaniyadakı Grünheide fabrikasında çalışan işçilər, şirkətin mübahisəli bir tətbiqi ilə üz-üzədirlər: Daim işdən çıxış vərəqəsi alan işçilərin evlərinə xəbərsiz ziyarətlər təşkil edən Tesla rəhbərliyi, bu davranışı səbəbilə böyük etirazlarla qarşılanıb.
Tesla Cybertruck, Çeçenistan prezidenti tərəfindən üzərinə silah yerləşdirildiyinə görə, uzaqdan söndürülüb!
Tesla Cybertruck, Çeçenistan prezidenti tərəfindən üzərinə silah yerləşdirildiyinə görə, uzaqdan söndürülüb!
Çeçenistan Prezidenti Ramzan Kadirov-un hədiyyə gəldiyini iddia etdiyi və avtomatik tüfəklə təchiz etdiyi Tesla Cybertruck, uzaqdan giriş vasitəsilə istifaəsi dayandırılıb.
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Tesla şirkətinin bizləri nə dərəcədə inandırmağa çalışmasına baxmayaraq müasir avtomobillər yüksək səviyyəli avtopilot sisteminə sahib deyillər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!