Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Nəqliyyat
11.10.2024
Farid Pardashunas
Tesla-nın maraqla gözlənilən robot taksi modeli rəsmi olaraq təqdim edilib. "Cybercab" adlandırılan avtomobil, sükan və pedal olmadan istehsal edilib.
Tesla-nın açıqlamasına əsasən, şirkətin robot taksisi "Cybercab" adlandırılacaq. Bu avtomobil, ön tərəfdən baxıldıqda Cybertruck-ı xatırladır. Bununla yanaşı, avtomobil "kəpənək" qapılara sahib olacaq. Avtomobilin arxa hissəsi isə fastback dizaynı ilə qarşımıza çıxır. Olduqca sadə dizayna malik olan arxa hissə, LED işıqlandırma zolağı ilə təchiz edilib.
Tesla-nın avtonom xüsusiyyətlərə sahib robotaksi modeli, daxili dizaynda da sadəliklə seçilir. Avtomobilin içində yalnız 2 oturacaq və əyləncə-informasiya sistemi üçün böyük bir ekran olacaq. Sükan və pedallar isə avtonom idarəetmə sisteminə görə, yer almayacaq.
Bu arada, Tesla Cybercab-ın kapotunun altında hansı mühərrik olduğunu bilmirik. Tesla-nın adına danışan milyarder iş adamı Elon Musk, avtomobilin batareya məsafəsi haqqında da heç nə açıqlamayıb. Ancaq bildiyimiz bir şey var, Tesla Cybercab, digər elektrikli avtomobillər kimi ştepsellə şarj edilməyəcək. Bunun əvəzinə simsiz və ya induktiv şarj dəstəyi olacaq.
Elon Musk-ın açıqlamasına görə, Tesla Cybercab gələcək illərdə fərdi istehlakçılar tərəfindən də satın alına biləcək. CEO-nun sözlərinə görə, bu avtomobilin qiyməti təxminən 30 min dollar ətrafında olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir.
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Tesla şirkəti bu gecə “Tesla We, Robot” adlı təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən sözügedən tədbirdə şirkət pilotsuz taksi nəqliyyatını təqdim edəcək.
Sürücüsüz avtomobil ABŞ prezidentliyinə namizədin qarşısını kəsib!
Sürücüsüz avtomobil ABŞ prezidentliyinə namizədin qarşısını kəsib!
Sürücüsüz avtomobillər istehsal edən Waymo şirkətinin parkındakı avtomobil "u" manevri etmək istəyərkən yolda ilişib qalıb. Bu problem, ABŞ prezidentliyinə namizəd Kamala Harris-in konvoyunun da dayanmasına səbəb olub.
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Elektrik avtomobili nəhəngi Tesla-nın Almaniyadakı Grünheide fabrikasında çalışan işçilər, şirkətin mübahisəli bir tətbiqi ilə üz-üzədirlər: Daim işdən çıxış vərəqəsi alan işçilərin evlərinə xəbərsiz ziyarətlər təşkil edən Tesla rəhbərliyi, bu davranışı səbəbilə böyük etirazlarla qarşılanıb.
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!