main-post-cover

    Xiaomi öz elektromobillərini bazarın ən təhlükəsiz elektromobillərinə çevirmək istəyir

    Nəqliyyat
    19.05.2025
    Emil Nəcəfov
         Xiaomi şirkətinin rəhbəri və təsisçisi Lei Jun əməkdaşlara müraciəti zamanı təkcə şirkətin 15 illik fəaliyyətinin nəticələrinə toxunmayıb, həm də elektromobil bazarına çıxışı və son nüfuz sarsıntıları ilə bağlı vacib məsələləri gündəmə gətirib. Onun fikrincə, Xiaomi elektromobilləri təhlükəsizlik səviyyəsi baxımından sənaye standartlarını əhəmiyyətli dərəcədə üstələməlidir. “Biz özümüzü avtomobil sənayesində yenilikçi hesab edirdik, lakin indi başa düşürəm ki, biznesimizin miqyasını və təsir gücünü nəzərə alaraq artıq startap kimi davrana bilmərik. Cəmiyyət bizdən əsl bazar liderinə layiq məsuliyyət səviyyəsi gözləyir” - deyə Lei Jun bildirib.
         O dərhal əlavə edib: “Biz Xiaomi elektromobillərini öz sinfində ən təhlükəsiz etmək istəyirik. Yalnız əsas tələblərə cavab verən deyil, sənaye standartlarını üstələyən elektromobillər yaratmağa çalışırıq”. Xiaomi rəhbərinin fikrincə, bu məqsədə çatmaq üçün şirkətin hər bir əməkdaşı işinə son dərəcə məsuliyyətlə yanaşmalıdır. Təsisçinin sözlərinə görə, şirkət heç vaxt problemlərdən qaçmayacaq. Bu ritorika mart ayının sonunda baş vermiş faciə ilə əlaqədardır. Həmin hadisədə 3 tələbə qız həyatını itirib.
         Onlar avtomatik idarə olunan Xiaomi SU7 elektromobili ilə təxminən 100 km/saat sürətlə beton maneəyə çırpılıblar və idarəyə nəzarəti çox gec ələ alıblar. Hadisədən sonra şirkət məhsullarının təhlükəsizliyini artırmaq məqsədilə bir sıra iclaslar keçirib. Son 5 il ərzində Xiaomi tədqiqat və inkişaf işlərinə təxminən 14 milyard dollar sərf edib. Cari ildə bu məqsədlər üçün 4.2 milyard dollar ayrılacaq. Şirkət üçün may ayında baş verəcək mühüm hadisələrdən biri, öz gücü ilə hazırlanmış ilk mobil prosessorun təqdimatı olacaq. Bu elan təkcə strateji baxımdan vacib bir addım deyil. Şirkətin təsisçisinin sözlərinə görə, Xiaomi qabaqcıl texnologiyalar sahəsində liderə çevrilməlidir.
    Mənbə: Carnewschina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi-nin növbəti 7 smartfonunun rəsmi dəstəyi dayandırılıb
    xiaomi-nin-novbeti-7-smartfonunun-resmi-desteyi-dayandirilib
    Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib
    teqdimata-hazirlasan-xiaomi-civi-5-pro-nun-ilk-resmi-fotolari-teqdim-edilib
    Xiaomi-nin yeni mobil prosessorunun adı və nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb
    xiaomi-nin-yeni-mobil-prosessorunun-adi-ve-ne-zaman-teqdim-olunacagi-resmi-sekilde-aciqlanib
    Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-xiaomi-civi-5-pro-smartfonu-geekbench-testlerinden-kecib
    Xiaomi HyperOS-də Google servislərindən imtina edə bilər
    xiaomi-hyperos-de-google-servislerinden-imtina-ede-biler