Xiaomi SU7-nin Çindən kənarda satışa çıxarılması planlaşdırılmır
Nəqliyyat
01.04.2024
Emil Nəcəfov
Xiaomi şirkəti keçən həftə SU7 adlı ilk elektromobilinin Çində satışlarına start verdi. İlk növbədə satışa Xiaomi SU7 ilə SU7 Max modelləri çıxıblar. Xiaomi SU7 Pro-nun satışlarına isə may ayının sonunda start verilməlidir. Bu elektromobillərin hansı özəlliklərə və hansı satış qiymətlərinə sahib olduqlarını bu linkdən öyrənmək olar. Xiaomi rəsmilərinin vermiş olduqları məlumata əsasən Xiaomi öz ilk elektromobilini Çin bazarından kənarda satışa çıxartmağı planlaşdırmır.
Hər halda şirkət hələ ki, bu cür plana sahib deyil. Ola bilsin ki, şirkət gələcəkdə öz fikrini dəyişsin. Şirkətin öz ilk elektromobilini digər bazarlarda hələ satmaq istəməməsinin səbəbi bilinmir. Potensial səbəblər arasında digər şirkətlər tərəfindən olan böyük rəqabət və Xiaomi-nin digər regionları elektromobil ilə təmin edəcək səviyyədə istehsal gücünə hələ sahib olmaması ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO F6 smartfonunun texniki imkanları təqdim olunub
POCO F6 smartfonunun texniki imkanları təqdim olunub
Xiaomi-nin POCO brendinin hal-hazırda üzərində çalışdığı smartfonlardan biri də POCO F6-dır.
Xiaomi SU7 rekord sürətlə satılır
Xiaomi SU7 rekord sürətlə satılır
Xiaomi öz elektromobili olan SU7-nin satışlarına artıq start verib.
Xiaomi Life adlı yeni brendini işə salıb
Xiaomi Life adlı yeni brendini işə salıb
Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-nin satışlarına start verməklə yanaşı həmçinin tamamilə yeni brendini də işə salıb.
Xiaomi SU7 elektromobilinin satışlarına rəsmi şəkildə start verilib - QİYMƏTİ
Xiaomi SU7 elektromobilinin satışlarına rəsmi şəkildə start verilib - QİYMƏTİ
Çində Xiaomi SU7 elektromobilinin satışlarına start verilib. Elektromobil bir neçə variantda satışa çıxıb və onu Xiaomi-nin Çindəki 29 şəhərində yerləşən 59 mağazasında ön sifariş etmək mümkündür.
Xiaomi Mix Flip-in bəzi texniki imkanları açıqlanıb
Xiaomi Mix Flip-in bəzi texniki imkanları açıqlanıb
Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!