
Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib
Proqram Təminatı
21.08.2025
Emil Nəcəfov
Google ağıllı evlər üçün Gemini for Home adlı yeni səsli köməkçisinin istifadəyə verildiyini elan edib. Məlumata görə, süni intellekt əsasında işləyən Gemini for Home köməkçisi artıq bu ilin oktyabrında Nest ağıllı səsgücləndiricilərində və ekranlarında standart Google Assistant-ı əvəz edəcək. Yeni köməkçi ağıllı evi, musiqini, taymerləri idarə edəcək və suallara cavab verəcək, “Hey Google” ifadəsi ilə aktivləşəcək. Google Home və Nest məhsulları şöbəsinin rəhbəri Anish Kattukaran-ın sözlərinə görə, Gemini for Home istifadəsi tamamilə yeni bir təcrübə kimi qəbul ediləcək. Köməkçi inkişaf etmiş məntiqi düşünmə və axtarış imkanlarından istifadə edir, daha mürəkkəb tapşırıqları yerinə yetirir və təbii dildə qarşılıqlı əlaqə qurur. O, konteksti, incəlikləri və istifadəçi niyyətlərini daha yaxşı anlayır.

Məsələn, o, belə sorğuları düzgün yerinə yetirə biləcək: “yataq otağından başqa hər yerdə işığı söndür”, “bu ilin yarış maşınları haqqında yay filmindən mahnını qoş” və həmçinin siyahılar, xatırlatmalar və təqvimdə hadisələrin yaradılmasını sadələşdirəcək. Əsas təkmilləşdirmə davamlı səsli dialoqa imkan verəcək Gemini Live funksiyasının inteqrasiyası olacaq və artıq daim “Hey Google” ifadəsini təkrarlamağa ehtiyac qalmayacaq. Bu, istifadənin yeni ssenarilərini açacaq - mövcud məhsullardan yemək hazırlanmasına dair ətraflı köməkdən və iri alışların planlaşdırılmasından tutmuş, məişət problemlərinin həllinə və ya gecə nağıllarının generasiyasına qədər. Maraqlıdır ki, oxşar imkanlar artıq Amazon-un Alexa Plus xidmətində mövcuddur və bu, Google-u birbaşa rəqabət şəraitinə salır. Yeni köməkçinin tətbiqi tədricən və ehtiyatla, Google Home Public Preview adlı ilkin test proqramı vasitəsilə həyata keçiriləcək.

Belə strategiya generativ süni intellektin ağıllı evlərə inteqrasiyası ilə bağlı artan risklərlə əlaqədardır, çünki o, potensial olaraq qıfıllar, məişət texnikası və iqlimə nəzarət sistemləri kimi kritik cihazları idarə edə bilər. Gemini for Home-un ödənişli tarifinin qiyməti hələ açıqlanmayıb, lakin genişləndirilmiş Gemini Live funksiyalarının böyük ehtimalla premium abunəliyə daxil ediləcəyi gözlənilir. Google, Amazon-un yolunu izləyərək tarifi Nest Aware və ya Google One paketlərinə daxil edə bilər. Bu fərziyyə yaxınlarda Nest Aware qiymətinin funksionallıqda ciddi yeniliklər olmadan aylıq 10$-a qaldırılması ilə dəstəklənir. Köməkçi ailə üzvləri və qonaqlar üçün işləyəcək. İstismara başlanğıc erkən giriş proqramı vasitəsilə olacaq və Google yalnız ödənişli deyil, həm də pulsuz abunə səviyyəsi təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Pixel Buds 2a naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ

Google Pixel Buds 2a naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
Google yeni aktiv səs-küyün boğulması funksiyasını dəstəkləyən Pixel Buds 2a naqilsiz qulaqlığını təqdim edib. Qulaqlıqların gövdələri IP54 standartına uyğun olaraq nəm və tərdən qorunur, buna görə də onları qaçış və məşqlər zamanı, hətta yağış altında belə istifadə etmək mümkündür.
Google Pixel Watch 4 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Google Pixel Watch 4 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Google şirkəti Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold smartfonları ilə yanaşı yeni ağıllı saatını da təqdim edib. Söhbət, Pixel Watch 4-dən gedir.
Qatlana bilən Google Pixel 10 Pro Fold təqdim olunub - QİYMƏTİ

Qatlana bilən Google Pixel 10 Pro Fold təqdim olunub - QİYMƏTİ
Google şirkətinin təqdim etmiş olduğu Pixel 10 smartfon seriyasına daxil olmuş modellərdən biri də qatlana bilən Pixel 10 Pro Fold olub. Xarici görünüşcə bu yeni smartfon keçən ilki Pixel 9 Pro Fold-dan heç də fərqlənmir.
Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ

Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ
Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 10 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil olublar.
Google Messages-də göndərilmiş mesajların silinməsi funksiyası istifadəyə verilib

Google Messages-də göndərilmiş mesajların silinməsi funksiyası istifadəyə verilib
Android-in son versiyalarında Messages tətbiqi üçün sınaq rejimində yeni funksiya peyda olub. Bu, standart ünsiyyət vasitəsini messencerlərə yaxınlaşdırır və istifadəçiyə səhvən yanlış kontakta mesaj göndərdiyi və ya sadəcə yazdığını bölüşməkdən vaz keçdiyi halda düzəliş etmək imkanı verir.
Həftənin xəbərləri

