
Alibaba süni intellekt əsaslı Qwen-Image adlı foto generatoru təqdim edib
Proqram Təminatı
06.08.2025
Emil Nəcəfov
Alibaba, görüntülərlə işləmək üçün nəzərdə tutulmuş Qwen-Image 20B MMDiT adlı süni intellekt modelini təqdim edib. Bu modeldə tərtibatçılar mürəkkəb mətnlərin vizual təsvirini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və görüntülərin dəqiq redaktə olunması imkanlarını reallaşdırıblar. Bu modelə Qwen Chat platformasında “Şəkil generasiyası” bölməsi vasitəsilə giriş mümkün olacaq. Model mətnlərin vizual təqdimatında geniş imkanlara malikdir - abzas səviyyəsində semantikaya sahib çoxsətrli mətn düzülüşlərini və detallı elementləri dəqiq şəkildə göstərə bilir. Həm əlifba əsaslı, həm də heroqlif əsaslı dilləri dəstəkləyir.

Təkmilləşdirilmiş çoxtapşırıqlı öyrənmə mexanizmləri, görüntülərin mənasını və vizual reallığını qorumaqla daha geniş redaktə imkanlarının əldə olunmasına şərait yaradıb. Alibaba-nın bildirdiyinə görə, yeni Qwen-Image modeli bir sıra görüntü generasiyası və redaktəsi testlərində mövcud həlləri geridə qoyub. Bu testlərə GenEval, DPG, OneIG-Bench, GEdit, ImgEdit və GSO daxildir. Xüsusilə mətnin vizual şəkildə dəqiq əks olunması ilə bağlı testlərdə - LongText-Bench, ChineseWord və TextCraft - model böyük uğurlar əldə edib və müasir alternativlərini geridə qoyub.

Qwen-Image, xüsusilə, mağaza vitrinlərindəki çin heroqliflərinin düzgün fokus dərinliyi ilə dəqiq təsvirində, kitab üzlükləri və informasiya slaydlarında detallı ingiliscə mətnlərin yaradılmasında uğurla işləyir və ikidilli məzmunla işləməyi də dəstəkləyir. Mətnin işlənməsi ilə yanaşı, model foto-realizmdən impressionizmə qədər müxtəlif bədii janrlarda sərbəst şəkildə istiqamət ala bilir. O, görüntü redaktəsi zamanı müxtəlif əməliyyatları dəstəkləyir - üslubun dəyişdirilməsi, detalların əlavə edilməsi, silinməsi və təkmilləşdirilməsi, mətnin redaktəsi və obrazların pozalarının dəyişdirilməsi daxil olmaqla. Alibaba-nın Qwen-Image layihəsindəki tərtibatçılarının sözlərinə görə, şəkil generasiyası sahəsinin inkişafına töhfə vermək, vizual materialların yaradılmasında texniki baryerləri azaltmaq və həmkarlarını innovativ tətbiqlərə ruhlandırmaq məqsədi daşıyıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib

Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib
Alibaba Group mədə xərçəngini adi kompüter tomoqrafiyası vasitəsilə aşkarlaya bilən Grape adlı süni zəka modelini hazırlayıb. Sistem üçölçülü KT görüntülərini analiz edir və mütəxəssislər tərəfindən çox vaxt görünməyən ən kiçik anomaliyaları belə tanıya bilir.
Apple-ın Çində süni zəka xidmətlərini işə salmaq prosesi dayandırılıb

Apple-ın Çində süni zəka xidmətlərini işə salmaq prosesi dayandırılıb
Çin tənzimləyici orqanı, Apple və Alibaba tərəfdaşlığı ilə hazırlanmış süni zəka əsaslı xidmətlərin təsdiqlənməsi prosesini dayandırıb. Bu gecikmə, Donald Trump administrasiyasının ticarət siyasətinin ABŞ və Çin arasında yaratdığı gərginliklə bağlıdır.
Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib

Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib
Elə bir zaman gələcək ki, Çindən məhsul çatdırılması müddəti əvvəlcədən anbar ehtiyatı yaratmadan bir neçə saata qədər azalacaq. Bu məqsədə təkrar istifadə oluna bilən raketlər kömək edəcək.
Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır

Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır
Apple-ın süni zəka funksiyalarını iPhone cihazlarına inteqrasiya etmək üçün Çin şirkəti Alibaba ilə mümkün tərəfdaşlığı Vaşinqtonda kəskin tənqidə səbəb olub.
Alibaba şirkəti Qwen 3 flaqman süni zəka modelləri ailəsi Qwen 3-ü təqdim edib

Alibaba şirkəti Qwen 3 flaqman süni zəka modelləri ailəsi Qwen 3-ü təqdim edib
Bu həftənin əvvəlində Çin şirkəti Alibaba Group Holdings yeni flaqman süni zəka modelləri ailəsi olan Qwen 3-ü təqdim edib. Bu modellər nəticə əldə etmək üçün müasir “ekspertlərin qarışığı” (mixture of experts) metodundan istifadə edir və bu nəticələr hibrid məntiqi sistemlərin göstəriciləri ilə müqayisə olunur.
Həftənin xəbərləri

