
Android 16 Desktop Mode rejimini əldə edə bilər (VİDEO)
Proqram Təminatı
05.05.2025
Emil Nəcəfov
Android 16-da daxili masaüstü rejimi (Desktop Mode) təqdim olunacaq. Bu funksiya smartfonu monitora qoşduqda onu tam funksiyalı kompüterə çevirəcək. Samsung DeX-ə bənzər bu rejim pəncərələrlə işləməyə, tapşırıqlar panelindən (Taskbar) istifadə etməyə və rahat, kompüterə oxşar interfeysə imkan verəcək. Yeni funksiya barədə ilk dəfə Android mütəxəssisi və jurnalist Mishaal Rahman məlumat verib. O, Google Pixel 8 Pro smartfonunda Android 16-nın son beta versiyası quraşdırılmış vəziyyətdə “Tərtibatçı parametrləri” bölməsində bu funksiyanı fərdi şəkildə aktivləşdirib. Uyğun monitora qoşulduqdan sonra sistem avtomatik olaraq klassik masaüstü əməliyyat sistemini xatırladan bir interfeysi işə salıb.
Maraqlıdır ki, The Verge-in qeyd etdiyi kimi, yeni rejim xarici görünüşü və funksionallığı baxımından xeyli dərəcədə Samsung DeX funksiyasını xatırladır. Bu funksiya Galaxy cihaz sahiblərinə smartfonlarını xarici monitora qoşaraq mini-kompüter kimi istifadə etməyə imkan verir. Android-in Desktop Mode rejimində status sətri ekranın yuxarı hissəsində yerləşir - burada siqnal səviyyəsi, Wi-Fi vəziyyəti və digər vacib məlumatlar göstərilir. Ekranın aşağı hissəsində isə tez-tez istifadə olunan tətbiqləri sabitləmək mümkün olan tapşırıqlar paneli yerləşir. Burada həmçinin Windows-dakı Start menyusuna bənzər bir menyu yer alıb və panelin sağ tərəfində Android-in standart naviqasiya düymələri mövcuddur. Tətbiqlər pəncərə rejimində işə düşür və bu, ümumilikdə Android planşetlərindəki istifadə təcrübəsinə bənzəyir.

Lakin burada masaüstü əməliyyat sistemlərinə xas imkanlar da mövcuddur. Məsələn, pəncərələrin ekranın sol və ya sağ kənarına bərkidilməsi funksiyası (snap windows). 1 il əvvəl Google bu funksiyanın yalnız sadə versiyasını test edirdi - o zaman yalnız ayrı-ayrı pəncərələri böyük ekranda göstərmək mümkün idi. Lakin mart ayında şirkət bu rejimi əhəmiyyətli dərəcədə təkmilləşdirib, ekran yerləşimlərini tənzimləmə imkanı əlavə edib və indi virtual monitorların yerləşimini adi masaüstü əməliyyat sistemlərində olduğu kimi tənzimləmək mümkündür. Rahman-ın sözlərinə görə, Desktop Mode rejimi Android 16-nın rəsmi buraxılışına qədər tam hazır olmaya bilər - bu buraxılış bu yaz gözlənilir. Buna görə də bu funksiya sonradan, yeniləmələrdən birində əlavə oluna və ya hətta Android 17-yə qədər təxirə salına bilər ki, bu da ən tez 2026-cı ildə baş verə bilər.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb

Android 16-nın nə zaman istifadəyə veriləcəyi açıqlanıb
Bu barədə MWC 2025 sərgisində Google-un Android ekosistemi bölməsinin prezidenti Sameer Samat məlumat verib.
Android 16 istifadəçiləri telefon fırıldaqçılığından qoruyacaq

Android 16 istifadəçiləri telefon fırıldaqçılığından qoruyacaq
Google, Android üçün yeni təhlükəsizlik funksiyası üzərində çalışır. Google şirkətinin Android üçün nəzərdə tutulmuş yeni təhlükəsizlik funksiyası telefon zəngləri zamanı bəzi həssas parametrlərin dəyişdirilməsini bloklayacaq.
Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək

Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən Android 16 Beta-nın test versiyasında Dark Theme rejim üçün maraqlı bir yenilik ortaya çıxıb. Hal-hazırda bütün Android tətbiqləri Dark Theme rejimini dəstəkləmir.
Android 16-nın ictimai beta versiyalarının hansı tarixlərdə istifadəyə veriləcəkləri məlum olub

Android 16-nın ictimai beta versiyalarının hansı tarixlərdə istifadəyə veriləcəkləri məlum olub
Google şirkəti bu il Android 16-nı istifadəyə verəcək. Lakin şirkət öz yeni əməliyyat sisteminin final versiyasını istifadəyə evrməmişdən öncə ilk növbədə onun 3 ədəd ictimai beta versiyasını təqdim edəcək.
HyperOS 3.0 ilə Android 16-nı əldə edəcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb

HyperOS 3.0 ilə Android 16-nı əldə edəcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Xiaomi bu il HyperOS 3.0 istifadəçi interfeysini təqdim edəcək. Bu istifadəçi interfeysi şirkət smartfonları üçün Android 16 əməliyyat sisteminin əsasında təqdim ediləcək.
Həftənin xəbərləri

