
Android smartfonlarla Windows kompüterləri bloklamaq mümkün olacaq
Proqram Təminatı
24.07.2025
Emil Nəcəfov
Microsoft Android üçün nəzərdə tutulmuş Phone Link mobil tətbiqi üçün böyük funksional yeniləmə hazırlayır. Windows 11-in test versiyasında artıq iki nəzərəçarpacaq yenilik sınaqdan keçirilir və bu yeniliklər platformalararası inteqrasiyanı yaxşılaşdırmağa yönəlib. Tətbiqin yenilənmiş versiyası kompüteri uzaqdan bloklama funksiyasını əldə edib. Bu xüsusiyyət həm iş yerində, həm də evdə məlumatların yad şəxslərdən qorunması üçün faydalı ola bilər.

Bundan əlavə, indi smartfondan kompüterin mübadilə buferinə (clipboard) çıxış imkanı yaradılıb. Hələlik bu funksiya yalnız bir istiqamətdə işləyir - yəni smartfondan kompüterə. Əks istiqamət üçün isə alternativ olaraq Microsoft SwiftKey vasitəsilə cihazlar arasında sinxronizasiya və ya Phone Link-dəki “Cross-device copy and paste” funksiyasından istifadə etmək olar. Hər iki yenilik hələlik yalnız Windows 11-in test versiyasında mövcuddur və standart olaraq deaktiv vəziyyətdədir (istifadəçi tərəfindən fərdi şəkildə aktivləşdirilməlidir). Microsoft-un bu funksiyaları sabit versiyaya nə zaman əlavə edəcəyi isə hələlik məlum deyil.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb

Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb
Daha əvvəl Microsoft-un Windows 11 və Windows 10 üçün “PC-to-PC” adlı yeni miqrasiya funksiyasını sınaqdan keçirdiyi barədə məlumatlar yayılmışdı. İndi isə şirkət həmin yeni alətlə bağlı ətraflı məlumat yayıb.
ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib

ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
Google şirkəti ChromeOS və Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı.
Windows 11-ə ayarlar ilə kömək edəcək süni zəka agenti əlavə edilib

Windows 11-ə ayarlar ilə kömək edəcək süni zəka agenti əlavə edilib
Microsoft süni zəka əsaslı funksiyaları Windows 11 əməliyyat sisteminə aktiv şəkildə inteqrasiya etməyə davam edir. Bu dəfə tərtibatçılar Settings tətbiqinə süni zəka agentini əlavə ediblər, bu da istifadəçilərə fərqli parametrləri daha asan tapmaq və onları proqram platformasının işini optimallaşdırmaq üçün tənzimləmək imkanı verəcək.
Windows 11-də sürətli bərpa funksiyası istifadəyə verilib

Windows 11-də sürətli bərpa funksiyası istifadəyə verilib
Microsoft şirkətinin tərtibatçıları Windows 11-ə yeni bir rejim - Quick Machine Recovery (QMR) əlavə ediblər. Bu rejim kompüterin yüklənməsi ilə bağlı müxtəlif problemləri həll etməyə kömək edəcək.
Android-in sındırılması üzrə təhlükəli üsul aşkar edilib

Android-in sındırılması üzrə təhlükəli üsul aşkar edilib
Kibertəhlükəsizlik sahəsində çalışan tədqiqatçılar Android əməliyyat sistemi üçün yeni bir sındırma üsulu aşkar ediblər. Bu üsul təsdiqləmə sistemini yan keçərək hücumçulara məxfi məlumatlara çıxış imkanı verir.
Həftənin xəbərləri

