main-post-cover

    Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb

    Proqram Təminatı
    23.07.2025
    Emil Nəcəfov
         Daha əvvəl Microsoft-un Windows 11 Windows 10 üçün “PC-to-PC” adlı yeni miqrasiya funksiyasını sınaqdan keçirdiyi barədə məlumatlar yayılmışdı. İndi isə şirkət həmin yeni alətlə bağlı ətraflı məlumat yayıb. İndi istifadəçi iki kompüteri lokal şəbəkədə birləşdirərək faylları sadəcə köhnə cihazdan yenisinə köçürə biləcək. Yeni miqrasiya vasitəsi Windows Vista Windows 7-də təqdim olunan və iki və ya daha çox kompüter arasında fayl ötürülməsi üçün ən yaxşı üsullardan biri hesab edilən əvvəlki Windows Easy Transfer alətinə bənzəyir. Windows-un sonrakı versiyalarında Microsoft bu məlumat ötürmə funksiyasından imtina etmiş və istifadəçilərə OneDrive-dan istifadə etməyi tövsiyə etmişdi ki, bu da internet bağlantısını (və bəzən böyük həcmli trafik istifadəsini) zəruri edir. İndi yeni miqrasiya aləti ilə Windows yenidən lokal şəbəkə vasitəsilə qovluqları və əksər şəxsi parametrləri köçürə bilir.
         Sistem köhnə kompüterdən bütün sənədləri, şəkilləri və iş masasının tərtibatını yeni kompüterə kopyalayacaq. Tətbiqlər və şifrələr isə köçürülmür - onları ya fərdi şəkildə bərpa etmək, ya da OneDrive sinxronizasiyasından istifadə edərək Store-dan alınmış tətbiqləri, Microsoft hesabı vasitəsilə isə şifrələri yükləmək mümkündür. Yeni miqrasiya funksiyasından istifadə etmək üçün istifadəçi əvvəlcə köhnə kompüterdə Windows ehtiyat nüsxəsi (backup) tətbiqini açmalı və “Transfer information to a new PC” seçimini seçməlidir. Bundan sonra ekranda həmin cihazın adı (məsələn, DESKTOP‑Surface7) görünəcək. Yeni kompüterdə istifadəçi köhnə cihazın adını daxil etməli və 6 kodu yazmalıdır - bundan sonra cihazlar bir-biri ilə qoşulma rejiminə keçəcəklər. İstifadəçiyə yalnız lazım olan qovluqları seçmək və ya hamısını işarəli vəziyyətdə saxlamaq qalır, sonra isə “Start transfer” düyməsini klikləmək lazımdır.
         Bundan sonra Windows seçilmiş məlumatların Wi-Fi və ya Ethernet vasitəsilə köçürülməsinə başlayacaq. Ekranda icra prosesini göstərən bir pəncərə görünəcək - burada təxmini tamamlanma vaxtı və köçürülmüş məlumatların həcmi göstəriləcək. Əgər bağlantı kəsilərsə, Windows köçürməni dayandıracaq və əlaqə bərpa olunduqdan sonra avtomatik olaraq davam etdirəcək. Köçürmə tamamlandıqdan sonra Windows istifadəçiyə qısa yekun hesabat təqdim edəcək və sonra kompüterin ilk işə salınması zamanı standart ilkin quraşdırma mərhələlərini başa çatdıracaq. Qeyd etmək lazımdır ki, məlumat köçürülməsi lokal şəkildə baş versə də, prosesin həyata keçirilməsi üçün hər iki kompüterdə Microsoft hesabı olmalıdır. Hazırda lokal miqrasiya funksiyası Windows Insider proqramı çərçivəsində test edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Əfsanəvi Windows XP veb brauzerə köçürülüb
    efsanevi-windows-xp-veb-brauzere-kocurulub
    Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər
    hakerler-butun-dunya-uzre-minlerle-serveri-sindira-bilibler
    Microsoft Copilot ChatGPT-dən olduqca geridə qalır
    microsoft-copilot-chatgpt-den-olduqca-geride-qalir
    ChatGPT Microsoft Office tətbiqlərini əvəz edə biləcək
    chatgpt-microsoft-office-tetbiqlerini-evez-ede-bilecek
    ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək
    chatgpt-infrastrukturunun-bir-hissesi-google-cloud-a-kocurulecek