
ChatGPT Microsoft Office tətbiqlərini əvəz edə biləcək
Proqram Təminatı
17.07.2025
Emil Nəcəfov
OpenAI ChatGPT üçün böyük bir yeniləmə hazırlayır. Bu yeniləmə çat-botun Excel (.xlsx) və PowerPoint (.pptx) kimi ofis faylları ilə birbaşa işləməsinə imkan verəcək. İstifadəçilər artıq cədvəlləri və təqdimatları birbaşa çat pəncərəsində yarada və redaktə edə biləcəklər - Microsoft Office və ya Google Docs kimi əlavə xidmətləri işə salmağa ehtiyac qalmayacaq. İndiyədək ChatGPT yalnız cədvəl və slaydların mətn versiyalarını yarada bilirdi və bunlar sonradan fərdi şəkildə redaktə olunmalı olurdu. Lakin məlumata görə, OpenAI artıq Microsoft formatları üçün daxili dəstəyi test edir.

Bu o deməkdir ki, təkcə məlumat və mətn toplamaqla kifayətlənməyəcək, həm də formulalar, struktur, vizual elementlər və istənilən formatda ixrac funksiyası ilə tam formatlı sənədlər yaratmaq mümkün olacaq. Bu yenilik Microsoft-un daha əvvəl Excel və PowerPoint formatlarının spesifikasiyalarını açıq şəkildə istifadəyə təqdim etməsi sayəsində mümkün olub. Beləliklə, OpenAI-nın ayrıca lisenziya almasına ehtiyac qalmayıb. Yeni funksiyanın ChatGPT-nin premium versiyasında əlçatan olacağı gözlənilir və yaxın aylarda istifadəyə verilə bilər. Bununla paralel olaraq, OpenAI açıq mənbələrdən və ya korporativ bazalardan məlumat toplayaraq avtomatik hesabatlar hazırlaya bilən süni zəka agentləri üzərində də işləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google ChatGPT-yə bənzər məhsulunu OpenAI-dan qabaq buraxa bilərmiş

Google ChatGPT-yə bənzər məhsulunu OpenAI-dan qabaq buraxa bilərmiş
Microsoft-un süni zəka bölməsinin rəhbəri Mustafa Suleyman CatGPT podkastında qonaq olub və süni zəkanın inkişafı ilə bağlı müxtəlif mövzulardan danışıb. O, süni zəkanın əmək bazarına təsiri, superzəkanın yaradılması perspektivləri və hətta karyerasında buraxdığı fürsətlər barədə öz baxışlarını bölüşüb.
ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək

ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək
OpenAI dünən bildirib ki, süni zəkaya əsaslanan məşhur köməkçisi ChatGPT üçün Google-un bulud infrastrukturundan istifadə etməyi planlaşdırır.
Biz süni zəkanı başa düşmək imkanını itirə bilərik

Biz süni zəkanı başa düşmək imkanını itirə bilərik
OpenAI, Google DeepMind, Anthropic və digər şirkətlərdən olan tədqiqatçılar xəbərdarlıq ediblər: süni zəka yaxın zamanda qərarlarını anlaşılan şəkildə izah etməyi dayandıra bilər və onun düşüncə proseslərini müşahidə etmək üçün mövcud olan “pənOpenAI, Google DeepMind, Anthropic və digər şirkətlərdən olan tədqiqatçılar xəbərdarlıq ediblər: süni zəka yaxın zamanda qərarlarını anlaşılan şəkildə izah etməyi dayandıra bilər və onun düşüncə proseslərini müşahidə etmək üçün mövcud olan “pəncərə” əbədi olaraq bağlana bilər.cərə” əbədi olaraq bağlana bilər.
ChatGPT daxilində onlayn alış-veriş mümkün olacaq

ChatGPT daxilində onlayn alış-veriş mümkün olacaq
OpenAI ChatGPT-də istifadəçilərə müxtəlif məhsulları birbaşa platforma üzərindən almağa imkan verəcək bir sistem tətbiq etməyi planlaşdırır.
Çat-botla ünsiyyət insan leksikonunu dəyişir

Çat-botla ünsiyyət insan leksikonunu dəyişir
ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər.
Həftənin xəbərləri

