main-post-cover

    ChatGPT-yə valideyn nəzarəti funksiyası əlavə olunacaq

    Proqram Təminatı
    02.09.2025
    Emil Nəcəfov
         OpenAI bildirib ki, yaxın 1 ay ərzində ChatGPT tətbiqində valideyn nəzarəti funksiyası əlavə olunacaq. Valideynlər öz hesablarını 13 yaşdan yuxarı yeniyetmənin hesabı ilə əlaqələndirə, modelin davranış qaydalarını təyin edə, yaddaşı və söhbət tarixini aktivləşdirib-deaktiv edə biləcəklər. Həmçinin ChatGPT yeniyetmənin stress vəziyyətində olduğunu müəyyənləşdirərək bu barədə valideynlərə məlumat göndərəcək. OpenAI şirkəti təhlükəsizlik tədbirlərini sərtləşdirir, bunun fonunda şirkətə qarşı 16 yaşlı Adam Raine-nin intihar etməsi ilə bağlı valideynləri tərəfindən məhkəmə iddiası qaldırılıb. İddiaçılar bildiriblər ki, 2024-cü ilin sonundan etibarən Adam mütəmadi olaraq problemlərini ChatGPT ilə müzakirə edib, süni intellekt isə onun meyllərini dəstəkləyib və son dialoqlardan birində hətta vida məktubu tərtib etməyi təklif edib.
         Şirkət əvvəlcə etiraf edib ki, uzun dialoqlar zamanı modelləri təhlükəsizlik protokollarına daha zəif riayət edə bilər. Bu problemin həlli üzərində hazırda OpenAI mütəxəssisləri çalışır, həmçinin şirkət dünyanın müxtəlif yerlərindən 250 ekspertdən ibarət qrup formalaşdırıb və onlarla əlavə məsləhətləşmələr aparacaq. Hazırda ChatGPT artıq istifadəçilərə hara müraciət edə biləcəkləri barədə göstəriş verməyə öyrədilib: buna misal olaraq universal findahelpline.com saytını gətirmək olar. Valideyn nəzarətinin tətbiqindən əlavə, OpenAI həssas mövzular üzrə dialoqları GPT-5 Thinkingo3 kimi məntiqi düşünən modellərə daha fəal yönləndirməyi planlaşdırır. Şirkətin daxili sınaqları göstərib ki, bu cür modellər təhlükəsizlik protokollarına daha yaxşı riayət edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-dəki maneələri yaltaqlıq və psixoloji üsullarla aşmaq mümkündür
    chatgpt-deki-maneeleri-yaltaqliq-ve-psixoloji-usullarla-asmaq-mumkundur
    xAI keçmiş əməkdaşını şirkətin gizli texnologiyalarını OpenAI üçün oğurlamaqda günahlandırır
    xai-kecmis-emekdasini-sirketin-gizli-texnologiyalarini-openai-ucun-ogurlamaqda-gunahlandirir
    OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib
    openai-sesli-komekciler-ucun-nezerde-tutulmus-gpt-realtime-adli-suni-intellekt-modelini-teqdim-edib
    OpenAI istifadəçilərin ChatGPT-dəki təhlükəli mesajlarını polisə ötürəcək
    openai-istifadecilerin-chatgpt-deki-tehlukeli-mesajlarini-polise-oturecek
    ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb
    abs-da-ogurlanmis-lamborghini-huracan-chatgpt-ve-google-vasitesile-tapilib