main-post-cover

    Chrome brauzerinin müəyyən Apple cihazlarında dəstəyi dayandırılacaq

    Proqram Təminatı
    10.06.2025
    Emil Nəcəfov
         Məlum olub ki, hazırda Google tərəfindən sınaqdan keçirilən Chrome internet brauzerinin növbəti versiyası Apple iOS 16 əməliyyat sistemi ilə işləyən cihazları dəstəkləməyəcək. Bu o deməkdir ki, brauzer iPhone XiPhone 8 kimi köhnə modellərdə əlçatan olmayacaq. Eyni şəkildə, Chrome 138.7204.13 versiyasının düzgün işləməsi üçün iPadOS 17 və ya ondan daha yeni versiya tələb olunur. Bu isə o deməkdir ki, Google Chrome-un növbəti versiyası iPad 5, 9.7 düymlük iPad Pro və birinci nəsil 12.9 düymlük iPad Pro modellərini dəstəkləməyəcək. Hazırda qeyd olunan Chrome internet brauzerinin versiyası beta-test mərhələsindədir və tətbiqin sabit versiyasının dəqiq buraxılış tarixi hələ açıqlanmayıb. Brauzerə iPad-də qovluqların qruplaşdırılması, iPhone və iPad-də Google Password Manager ilə sinxronizasiya, eləcə də tətbiqin ümumi məhsuldarlığını və sabitliyini artırmaq məqsədi daşıyan bir sıra təkmilləşdirmələr əlavə olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini tapşırıqları müəyyən edilmiş vaxtda yerinə yetirməyi öyrənib
    google-gemini-tapsiriqlari-mueyyen-edilmis-vaxtda-yerine-yetirmeyi-oyrenib
    Google Gemini 2.5 dialoqlarda emosiyaları ötürməyi öyrənib
    google-gemini-25-dialoqlarda-emosiyalari-oturmeyi-oyrenib
    Məhkəmə Google-un monopoliyasının daha yumşaq tədbirlərlə aradan qaldırılmasını nəzərdən keçirir
    mehkeme-google-un-monopoliyasinin-daha-yumsaq-tedbirlerle-aradan-qaldirilmasini-nezerden-kecirir
    Google Veo 3 video generatoru Android və iOS-də istifadəyə verilib
    google-veo-3-video-generatoru-android-ve-ios-de-istifadeye-verilib
    Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər
    google-tetbiqinde-pinterest-analoqu-istifadeye-verile-biler