main-post-cover

    Əfsanəvi Windows XP veb brauzerə köçürülüb

    Proqram Təminatı
    23.07.2025
    Emil Nəcəfov
         2001-ci ildə Microsoft Windows XP əməliyyat sistemini təqdim etdi və bu sistem geniş uyğunluğu, rahat interfeysi və təkmilləşdirilmiş məhsuldarlığı sayəsində tez zamanda istifadəçilərin favoritinə çevrildi. O vaxtdan bəri Microsoft bir neçə yeni nəsil əməliyyat sistemi təqdim etdi. Windows XP-yə rəsmi dəstək 2014-cü ildə dayandırılsa da, indi nostalji hisslər keçirən istifadəçilər həmin keçmiş dövrü yenidən yaşaya bilərlər - birbaşa veb brauzerdə. Reddit-də r/windows bölməsində ducbao414 ləqəbli istifadəçi öz layihəsini təqdim edib. Bu layihə Windows XP ilə işləmə nostaljisini birbaşa brauzerə daşıyır. Layihə tam funksional Windows XP deyil, sadəcə bir təcrübədir.
     
         O, win32.run vasitəsilə veb-emulyasiya yolu ilə işləyir və Windows XP-nin bütün mərhələlərini nümayiş etdirir - ilkin yüklənmə animasiyasından tutmuş klassik masaüstü dizaynına qədər. Bu layihə tam funksional əməliyyat sistemi deyil, veb-emulyator formatında təqdim olunur. Buna görə də bir sıra məhdudiyyətlərə malikdir və bu məhdudiyyətlər istifadə olunan brauzerdən də asılı ola bilər. Məsələn, Safari brauzerində Windows XP-nin açılış səsi səslənmir, bəzi istifadəçilər isə Internet Explorer-in işləmədiyindən şikayət edirlər. Layihə yalnız Windows XP-nin qrafik estetikasını əks etdirmir, eyni zamanda əvvəlcədən quraşdırılmış klassik oyunları da özündə birləşdirir - o cümlədən 3D Pinball Space Cadet, Solitaire Minesweeper. Dizayner etiraf edir ki, bu layihə əsl Windows XP deyil, sadəcə onun istifadəçi interfeysinin yenidən yaradılmasıdır, lakin buna baxmayaraq, bu olduqca təsirli bir uğurdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər
    hakerler-butun-dunya-uzre-minlerle-serveri-sindira-bilibler
    Microsoft Copilot ChatGPT-dən olduqca geridə qalır
    microsoft-copilot-chatgpt-den-olduqca-geride-qalir
    ChatGPT Microsoft Office tətbiqlərini əvəz edə biləcək
    chatgpt-microsoft-office-tetbiqlerini-evez-ede-bilecek
    ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək
    chatgpt-infrastrukturunun-bir-hissesi-google-cloud-a-kocurulecek
    Windows 11-ə ayarlar ilə kömək edəcək süni zəka agenti əlavə edilib
    windows-11-e-ayarlar-ile-komek-edecek-suni-zeka-agenti-elave-edilib