
Google Chrome-da mağazaların süni intellekt icmalları istifadəyə veriləcək
Proqram Təminatı
29.07.2025
Emil Nəcəfov
Google Chrome brauzerində süni intellektdən istifadə edərək internet mağazaları haqqında qısa icmallar yaradan yeni funksiyanı təqdim edib. Ünvan sətrinin solundakı ikona kliklədikdə, mağazanın nüfuzu ilə bağlı məlumatların əks olunduğu pəncərə görünəcək. Bu məlumatlara məhsul keyfiyyəti, qiymətlər, müştəri xidməti, qaytarma şərtləri və alış-veriş təcrübəsi kimi göstəricilər daxil olacaq. Məlumata görə, bu icmallar növbəti platformalardakı rəylər əsasında formalaşdırılacaq: Bazaarvoice, Bizrate Insights, Reputation.com, Reseller Ratings, ScamAdviser, Trustpilot, TurnTo, Yotpo və Verified Reviews. Funksiya ilkin mərhələdə yalnız ABŞ-dakı istifadəçilər üçün masaüstü kompüterlərdə və yalnız ingilis dilində əlçatan olacaq.

Google mobil versiyada bu funksiyanın olub-olmayacağı barədə açıqlama verməyib. Şirkətin bəyanatına görə, bu funksiya onlayn alış-verişi daha təhlükəsiz və rahat etmək məqsədi daşıyır. Lakin funksiyanın təqdimatı, həmçinin, geyim ölçüsünə uyğun seçim, rəylərin analizi və fərdi tövsiyələr üçün süni intellektdən aktiv istifadə edən Amazon ilə güclənən rəqabət kontekstində baş verir. Qeyd olunur ki, bu yenilik Chrome brauzerinə Perplexity Comet, The Browser Company (Dia) və Opera Neon kimi rəqib süni intellekt brauzerlərin artan təzyiqi fonunda ortaya çıxıb. Bu vəziyyət Google-u öz brauzerinə süni intellekti daha fəal şəkildə inteqrasiya etməyə vadar edir.

Hazırda Google-un üzərində işlədiyi layihələr arasında istifadəçi adından Chrome-da fəaliyyət göstərə bilən süni intellekt agenti və abunəçilər üçün Gemini köməkçisinin dəstəyi yer alır. Şirkət daha əvvəl məhsul axtarışı, fərdi tövsiyələr, virtual geyim sınağı, qiymətlərin izlənməsi, AI Mode rejimində alış-veriş və avtomatlaşdırılmış sifariş rəsmiləşdirməsi kimi süni intellekt funksiyalarını təqdim etmişdi. Sonuncu iki funksiya bu il keçirilmiş Google I/O konfransında təqdim olunub. Geyim və interyer tərzlərinin süni intellektlə seçilməsi funksiyası isə bu payız istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Pixel Watch 4 ağıllı saatının yeni render fotoları ortaya çıxıb

Google Pixel Watch 4 ağıllı saatının yeni render fotoları ortaya çıxıb
Google şirkəti 20 avqust tarixində Made by Google tədbirini keçirəcək. Bu tədbir çərçivəsində şirkət Pixel 10 smartfon seriyasını və Pixel Watch 4 ağıllı saatını təqdim edəcək.
Google-un süni intellekt əsaslı axtarışının istifadəçi kütləsi 100 milyona çatıb

Google-un süni intellekt əsaslı axtarışının istifadəçi kütləsi 100 milyona çatıb
Alphabet holdinqinin ikinci rüb üzrə maliyyə hesabatının nəticələrinə dair keçirilmiş brifinqdə holdinqin rəhbəri Sundar Pichai Google-un axtarışda süni intellekt rejimi, yeni flaqman modeli Gemini 2.5 Pro və Deep Search funksiyası üzərindəki işi haqqında danışıb.
Google tətbiqləri silinmədikləri üçün şirkətə qarşı şikayət qaldırılıb

Google tətbiqləri silinmədikləri üçün şirkətə qarşı şikayət qaldırılıb
6 rəqəmsal sahədə ixtisaslaşmış insan hüquqları təşkilatı Avropa hakimiyyət orqanlarına Alphabet holdinqinin antiinhisar qanunvericiliyini pozması ilə bağlı şikayət göndərib.
Google süni intellekt əsaslı vibe-coding platformasını hazırlayır

Google süni intellekt əsaslı vibe-coding platformasını hazırlayır
Reklam vərəqələrində yazıldığı kimi - hər kəs proqramçı ola bilər. Amma bunun üçün təşəkkür etməli olduğumuz çoxsaylı proqramlaşdırma məktəbləri deyil, süni intellekdir. Google bu “vibe-coding” epidemiyası ilə mübarizə aparmaq əvəzinə, ona özü rəhbərlik etməyə qərar verib.
Google axtarış sistemində süni intellekt əsaslı çeşidləmə funksiyasını reallaşdırıb

Google axtarış sistemində süni intellekt əsaslı çeşidləmə funksiyasını reallaşdırıb
Google axtarış sistemində süni intellektdən istifadə edən yeni təcrübi funksiyası olan Web Guide-i təqdim edib. Bu funksiya Search Labs təcrübi proqramı çərçivəsində əlçatandır və mürəkkəb sorğular üzrə məlumat axtarışını asanlaşdırmaq üçün veb səhifələri tematik qruplara görə avtomatik şəkildə çeşidləyir.
Həftənin xəbərləri

