main-post-cover

    Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib

    Proqram Təminatı
    21.08.2025
    Emil Nəcəfov
         Google şirkəti Made by Google tədbirində Google Photos üçün yeni “Edit by asking” funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə fotolarda dəyişiklikləri səsli sorğu və ya mətn təsviri vasitəsilə etmək imkanı verəcək. Səs və ya mətnlə foto redaktə funksiyası ilk olaraq ABŞ-da Pixel 10 cihazlarında istifadəyə veriləcək. Google həmçinin Google Photos-a C2PA Content Credentials dəstəyini əlavə edib. Pixel 10 smartfonları C2PA standartını dəstəkləyən ilk Google cihazları olacaq. Bu standart fotoya dair məlumatları, o cümlədən onun yaradılması və ya redaktəsi zamanı süni intellekt istifadəsini göstərmək üçün nəzərdə tutulub.
         Pixel cihazlarında C2PA seçimi həm Camera tətbiqi tərəfindən, həm də bu cihazlarla çəkilmiş bütün fotolarda dəstəklənəcək - hətta süni intellekt istifadə olunmasa belə. Google Photos-dakı yeni Edit by asking funksiyası Gemini neyron şəbəkəsindən istifadə edir, buna görə də istifadəçi fotoda dəyişiklik etmək üçün təbii dildən istifadə edərək əmr verə biləcək. Məsələn, “Arxa plandakı maşınları sil” və ya daha qeyri-müəyyən şəkildə “Bu köhnə fotonu bərpa et” demək olar. Yeni funksiya redaktə alətlərindən yaxşı başı çıxmayanlara fotoları yaxşılaşdırmaq üçün düzəlişlər etməyə kömək edəcək. Onun vasitəsilə işıqlandırmanı tənzimləmək, diqqət yayındıran elementləri silmək, həmçinin daha kreativ redaktələr etmək mümkündür - məsələn, fonu dəyişmək və ya fotoya əşyalar əlavə etmək.
         Misal üçün, bu funksiya ilə fotodakı şəxsə gün eynəyi və ya bayram papağı əlavə etmək olar. Əgər istifadəçi hansı dəyişiklikləri istədiyini necə ifadə edəcəyini bilmirsə, sadəcə “Make it better” deyə bilər və Google Photos şəkilə avtomatik dəyişikliklər edəcək. Tətbiq həmçinin fotonun yaxşılaşdırılması üçün tövsiyələr verə bilər və düzəlişlər aparıldıqca sonrakı sorğuları da dəstəkləyir. Google bildirib ki, C2PA dəstəyi əvvəlcə Pixel 10 cihazlarında istifadəyə veriləcək, daha sonra isə yaxın həftələrdə tədricən iOS Android-də Google Photos-da da görünəcək. Edit by asking funksiyası isə sabahdan etibarən əlçatan olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib
    agillli-evler-ucun-nezerde-tutulmus-gemini-for-home-suni-intellekt-komekcisi-teqdim-edilib
    Google Pixel Buds 2a naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    google-pixel-buds-2a-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti
    Google Pixel Watch 4 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
    google-pixel-watch-4-agilli-saati-teqdim-olunub-qiymeti
    Qatlana bilən Google Pixel 10 Pro Fold təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-google-pixel-10-pro-fold-teqdim-olunub-qiymeti
    Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ
    google-pixel-10-pixel-10-pro-ve-pixel-10-pro-xl-teqdim-edilib-qiymeti