
Google süni intellekt əsaslı Search Live funksiyasını istifadəyə verib
Proqram Təminatı
25.09.2025
Emil Nəcəfov
Google süni intellekt əsasında işləyən Search Live adlı səsli axtarış funksiyasını real vaxt rejimində istifadəyə verməyə başlayıb. Bu funksiya əvvəllər Google Labs-da sınaqdan keçirilirdi, lakin indi həm Android, həm də iOS platformalarında Google axtarış sistemi və Google Lens vasitəsilə əlçatan olub. İstifadəçilər Search Live funksiyasını əsas Google tətbiqində axtarış sətrinin altında yerləşən yeni Live düyməsinə toxunaraq və ya Lens daxilində müvafiq ikonu seçərək aktivləşdirə bilərlər. İşə salındıqdan sonra süni intellektə sualları səsli şəkildə ünvanlamaq mümkündür.
Ehtiyac yarandıqda isə kameranı qoşaraq süni intellektin yalnız nitqi deyil, eyni zamanda kamera vasitəsilə ətraf mühiti də analiz etməsinə şərait yaratmaq olar. Məsələn, Search Live vasitəsilə müəyyən yeməyi hazırlamaq üçün alınmış inqrediyentlərin nəyə xidmət etdiyini sadəcə onları kameraya göstərməklə öyrənmək, yaxud yeni elektron qurğunu quraşdırarkən konkret naqilin hansı girişə qoşulacağını anlamaq üçün kameranı sadəcə həmin çıxışlara yönəltmək kifayətdir. Hazırda səsli axtarış yalnız ingilis dilini dəstəkləyir və ancaq ABŞ ərazisində istifadəyə açıqdır. Lakin gələcəkdə funksiyanın əhatə dairəsinin genişlənəcəyi gözlənilir. Bunun nə vaxt baş verəcəyi isə hələlik məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Android-in stolüstü kompüterlər üçün versiyasını hazırlayır

Google Android-in stolüstü kompüterlər üçün versiyasını hazırlayır
Google Android-in tezliklə yalnız smartfon və planşetlərdə deyil, başqa cihazlarda da istifadə olunacağına ən açıq işarəni verdi. Snapdragon Summit tədbirinin açılışında Qualcomm-un rəhbəri Cristiano Amon və Google-un cihazlar və xidmətlər üzrə baş vitse-prezidenti Rick Osterloh PC sahəsində yeni birgə layihəni müzakirə etdilər.
Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb

Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb
Süni intellekt biznesdə və hətta dövlət qurumlarında istifadə olunur, baxmayaraq ki, o hələ mükəmməllikdən uzaqdır. Amma belə sistemlər nəzərdə tutulduğu kimi işləməsə, nə baş verəcək?
HarmonyOS Çində ardıcıl 6 rüb iOS-dən daha məşhurdur

HarmonyOS Çində ardıcıl 6 rüb iOS-dən daha məşhurdur
5 ildən çox əvvəl ABŞ sanksiyalarına məruz qalmış Çin şirkəti Huawei Technologies bundan əvvəl smartfonlarında istifadə etdiyi Google Android əməliyyat sisteminə çıxışını itirdi və buna görə də öz proqram təminatı HarmonyOS-i yaratmalı oldu.
Chrome-un Android versiyası veb-səhifənin mətnini podkast tərzində səsləndirməyi öyrənib

Chrome-un Android versiyası veb-səhifənin mətnini podkast tərzində səsləndirməyi öyrənib
Android üçün Chrome brauzerində süni intellekt əsaslı yeni Audio Overviews (Audio icmallar) funksiyası istifadəyə verilib. Veb-səhifənin tam mətnini sadəcə səsli oxumaq əvəzinə, mobil brauzer artıq süni intellekt vasitəsilə yaradılmış kontentin audio icmalını podkast formatında təqdim edə bilər.
Google-un reklam biznesini ayırmağa yenidən cəhd ediləcək

Google-un reklam biznesini ayırmağa yenidən cəhd ediləcək
Google-un ABŞ antimonopoliya orqanları ilə növbəti məhkəmə qarşıdurması başlayıb - ölkə hakimiyyəti şirkətin reklam texnologiyaları sahəsində dominant mövqeyindən narazıdır və bu istiqamətdə biznesinin bölünməsini tələb edir.
Həftənin xəbərləri

