main-post-cover

    HarmonyOS Çində ardıcıl 6 rüb iOS-dən daha məşhurdur

    Proqram Təminatı
    24.09.2025
    Emil Nəcəfov
         5 ildən çox əvvəl ABŞ sanksiyalarına məruz qalmış Çin şirkəti Huawei Technologies bundan əvvəl smartfonlarında istifadə etdiyi Google Android əməliyyat sisteminə çıxışını itirdi və buna görə də öz proqram təminatı HarmonyOS-i yaratmalı oldu. HarmonyOS artıq ardıcıl 6 rübdür Çində məşhurluq baxımından Apple iOS-i geridə qoyur. Counterpoint Research məlumatlarına və South China Morning Post-un yazdığına görə, ötən rübdə Çində mobil cihazlar üçün əməliyyat sistemləri bazarında HarmonyOS-in payı 17% təşkil edib ki, bu da Apple iOS-in payından bir faiz bəndi çoxdur. Əslində, hazırda Huawei-nin proqram təminatı Çində yalnız Google Android-dən geri qalır, hansı ki, yerli bazarın 66%-ni tutur.
         Qlobal miqyasda isə Google-un təsiri daha güclüdür, çünki o, dünya bazarının 79%-nə sahibdir. Çində HarmonyOS-in məşhurluğunun artmasına əsasən Huawei-nin Nova seriyasına aid flaqman smartfonları, eləcə də çevik ekrana malik qatlana bilən modelləri böyük təsir göstərib. HarmonyOS 5 əməliyyat sistemi versiyası artıq 17 milyondan çox cihazda quraşdırılıb. Qlobal miqyasda isə ötən rübdə satılmış smartfonların cəmi 4%-dən çoxu bu platforma ilə təchiz olunub. Dünya bazarında Apple iOS-in payı 17%-dir və o, yalnız 79%-lik paya sahib Android-dən geri qalır. Bir müddət əvvəl Huawei öz platforması üçün tətbiqlərin hazırlanmasını subsidiyalaşdırmaq proqramını elan edib və bu məqsədlərə 140.5 milyon dollar ayıracağını bildirib. Şirkət rəhbərliyinin fikrincə, Huawei artıq ABŞ-dan tamamilə asılı olmayan bir ekosistem qurub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Chrome-un Android versiyası veb-səhifənin mətnini podkast tərzində səsləndirməyi öyrənib
    chrome-un-android-versiyasi-veb-sehifenin-metnini-podkast-terzinde-seslendirmeyi-oyrenib
    Google-un reklam biznesini ayırmağa yenidən cəhd ediləcək
    google-un-reklam-biznesini-ayirmaga-yeniden-cehd-edilecek
    OpenAI süni intellekt əsaslı cihazların hazırlanması üçün Apple mütəxəssislərini özünə cəlb edir
    openai-suni-intellekt-esasli-cihazlarin-hazirlanmasi-ucun-apple-mutexessislerini-ozune-celb-edir
    HUAWEI Parisdə Yeni Məhsullarını Təqdim Etdi: HUAWEI WATCH GT 6 Seriyası, Ultimate 2, D2 Ağıllı Saatları və Daha Çoxu
    huawei-parisde-yeni-mehsullarini-teqdim-etdi-huawei-watch-gt-6-seriyasi-ultimate-2-d2-agilli-saatlari-ve-daha-coxu
    iPhone Air ən dözümlü iPhone statusunu təsdiqləyib (VİDEO)
    iphone-air-en-dozumlu-iphone-statusunu-tesdiqleyib-video