Nothing şirkəti fərdi mobil əməliyyat sisteminin hansı qiymətə başa gəldiyini açıqlayıb
Proqram Təminatı
20.10.2025
Emil Nəcəfov
Smartfon üçün fərdi əməliyyat sistemini yaratmaq göründüyündən qat-qat bahalı imiş. Nothing şirkəti belə bir məhsulun hazırlanmasının nə qədər xərcli olduğunu açıqlayıb. Fərdi əməliyyat sisteminin yaradılması prosesi planlaşdırma mərhələsindən başlayır və bu proses təxminən 2 ay çəkir. Bu dövrdə gələcək sistemin məqsədləri, büdcəsi və dizaynı müəyyənləşdirilir. Daha sonra Android Open Source Project (AOSP) bazasında platformanın hazırlanması mərhələsi gəlir, bu proses təxminən 6 ay davam edir. Bundan sonra test və keyfiyyətə nəzarət mərhələsi başlayır. Ardınca mühəndislər 3 ay ərzində sistemi konkret avadanlığa uyğunlaşdırırlar.
Sonuncu mərhələdə isə istifadəyə verməyə hazırlıq, brendə məxsus tətbiqlərin quraşdırılması və ilk yeniləmənin buraxılması həyata keçirilir. Xərclərin əsas hissəsi - yəni 34 milyon dollardan çoxu - mühəndis və dizaynerlərin əməyinin ödənilməsinə gedir. Qalan xərclərə bulud əsaslı GPU icarəsi, lisenziyalar, test avadanlıqları və gözlənilməz xərclər üçün 15%-lik ehtiyat daxildir. Bütün bunlar yekun məbləği 40 milyon dollara qədər yüksəldir. Nothing qeyd edir ki, məhz buna görə şirkət əməliyyat sistemini sıfırdan yazmaq əvəzinə AOSP bazasından istifadə edir. Huawei-nin HarmonyOS kimi tam müstəqil bir sistemin yaradılması isə ən azı 4 il çəkər və bir neçə dəfə daha baha başa gələrdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nothing CMF brendi CMF Headphone Pro naqilsiz qulaqlığını təqdim edib - QİYMƏTİ
Nothing CMF brendi CMF Headphone Pro naqilsiz qulaqlığını təqdim edib - QİYMƏTİ
Nothing şirkətinin CMF brendi rəsmi olaraq CMF Headphone Pro naqilsiz qulaqlığını təqdim edib. Bu, CMF brendinin ilk tam ölçülü büdcəli qulaqlığıdır.
Nothing özünün CMF brendini müstəqil törəmə şirkətə çevirir
Nothing özünün CMF brendini müstəqil törəmə şirkətə çevirir
Nothing şirkəti elan edib ki, büdcə seqmentinə aid cihazları buraxdığı CMF brendini müstəqil törəmə şirkətə çevirir və bu şirkətin baş ofisi Hindistanda yerləşəcək.
Nothing Ear (3) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing Ear (3) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti rəsmi olaraq yeni flaqman naqilsiz qulaqlığı olan Ear (3)-ü təqdim edib. Bu yeni qulaqlıq həm dizayn, həm də texniki baxımdan ciddi yeniliklər alıb.
Nothing süni intellekt dəstəkli məhsullarını gələn il təqdim edəcək
Nothing süni intellekt dəstəkli məhsullarını gələn il təqdim edəcək
Şəffaf dizaynlı Nothing Phone smartfonları ilə tanınan brend Nothing şirkəti 200 milyon dollar investisiya alıb və bununla da onun bazar dəyəri 1.3 milyard dollara yüksəlib.
Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
Nothing şirkəti yeni naqilsiz qulaqlığı olacaq Ear (3)-ün təqdimat tarixini rəsmi şəkildə elan edib.
Həftənin xəbərləri