main-post-cover

    OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub

    Proqram Təminatı
    03.06.2025
    Emil Nəcəfov
         Microsoft, OpenAI şirkətinə məxsus Sora süni zəka modeli vasitəsilə mətn sorğularından video yaratmağa imkan verən yeni Bing Video Creator alətinin istifadəyə verildiyini elan edib. Əvvəllər bu texnologiyadan yalnız OpenAI-in pullu istifadəçiləri yararlana bilirdi, lakin indi Bing-in mobil tətbiqində videoları pulsuz yaratmaq mümkündür. Hazırda xidmət yalnız şaquli formatda (9:16) işləyir ki, bu da TikTok Instagram kimi sosial şəbəkələr üçün əlverişlidir. Lakin tezliklə üfüqi videoların dəstəyi də əlavə olunacaq. Videoların uzunluğu sabitdir - 5 saniyə. Lakin bir dəfəyə 3 sorğu göndərmək mümkündür.
         Məlumata əsasən hətta “sürətli” rejimdə belə (bu rejimdə videonun bir neçə dəqiqəyə hazır olması nəzərdə tutulur), generasiya bir neçə saat çəkə bilər. Bu qədər uzun müddətin səbəbi dəqiq açıqlanmasa da, ehtimal olunur ki, bu, şirkətin serverlərinə olan yüklənmə ilə bağlıdır. İstifadəçilər Microsoft hesabına daxil olduqları halda 10 videonu pulsuz yarada bilərlər. Bundan sonra isə hər yeni video üçün 100 Microsoft Rewards xalı tələb olunur.
         Bu xallar Bing vasitəsilə axtarış etdikdə və ya Microsoft Store-dan alış-veriş zamanı qazanılır. Məsələn, kompüterdən edilən hər axtarışa görə 5 xal verilir (gündə maksimum 150 xala qədər). Qeyd olunur ki, Sora-nın Bing-ə inteqrasiyası Microsoft və OpenAI arasında uzunmüddətli tərəfdaşlıq sayəsində mümkün olub. Hazırda Bing Video Creator yalnız mobil tətbiq versiyasında işləyir, lakin gələcəkdə bu texnologiyanın masaüstü kompüterlərə də gətirilməsi planlaşdırılır. Microsoft həmçinin yeni video formatları əlavə etməyi və ehtimal ki, maksimum video uzunluğunu artırmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir
    openai-chatgpt-ni-universal-super-assistente-cevirmek-isteyir
    Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
    elon-musk-openai-nin-yaxin-serqdeki-layihelerine-mane-olmaq-isteyib
    OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir
    openai-nin-o3-modeli-insanin-emrine-baxmayaraq-deaktiv-olmaqdan-imtina-edir
    Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
    apple-google-microsoft-ve-diger-servislerin-180-milyon-istifadecisinin-melumatlari-internetde-yerlesibmis
    OpenAI-nin süni zəka əsaslı cihazı iPod Shuffle-a bənzəyə bilər
    openai-nin-suni-zeka-esasli-cihazi-ipod-shuffle-a-benzeye-biler