main-post-cover

    YouTube Shorts-dan asılılığı azaltmaq üçün limit təyini funksiyası istifadəyə verilib

    Sosial Media
    23.10.2025
    Emil Nəcəfov
         YouTube-da istifadəçilərin Shorts videolarına sərf etdikləri vaxtı idarə etməyi asanlaşdıran yeni funksiya istifadəyə verilib. İndi mobil cihaz sahibləri gündəlik limit təyin edə biləcəklər. Bu limit keçildikdən sonra həmin gün ərzində Shorts izləmək dayandırılacaq. Bu xüsusiyyətin məqsədi istifadəçilərə vaxtlarını daha səmərəli keçirməyə kömək etməkdir. Lakin bu dayandırmanı ləğv etmək mümkündür və böyük ehtimalla çoxluq bunu edəcək. Shorts videoları üçün vaxt məhdudiyyətlərini YouTube hesabının parametrlər bölməsində təyin etmək mümkündür.
         İstifadəçi əvvəlcədən müəyyən etdiyi izləmə vaxtı limitinə çatdıqda, ona qısa videoların izlənməsinin həmin gün üçün dayandırıldığı barədə bildiriş göndəriləcək. Bu bildirişi rədd etmək imkanı olduğu üçün, istifadəçi öz məsuliyyətini dərk edib, təyin etdiyi məhdudiyyətlərə əməl etməyə çalışmalıdır. YouTube-un məlumatına görə, bu funksiya bu gündən etibarən mərhələli şəkildə təqdim edilir və yaxın zamanda bütün mobil cihaz sahibləri üçün əlçatan olacaq. Bu ilin sonuna doğru YouTube funksiyanın imkanlarını genişləndirərək uşaqların videolara baxmaq üçün sərf etdikləri vaxta valideyn nəzarəti funksiyası kimi tam şəkildə tətbiq etməyi planlaşdırır.
         Bu məhdudiyyətləri uşaqlar valideyn müdaxiləsi olmadan deaktiv edə bilməyəcəklər. YouTube-un bəyanatında deyilir: “Shorts - YouTube-un ayrılmaz hissəsidir. Qısa videolar üçün baxış vaxtına limit təyin etmək istifadəçilərə kontenti araşdırmaqla yanaşı, izləmə vərdişlərinə daha şüurlu yanaşmağa və vaxtlarını səmərəli bölüşdürməyə kömək edir”. Instagram TikTok da oxşar, istəyə bağlı ekran vaxtı məhdudiyyətləri təklif edir, lakin hələlik yalnız TikTok bu funksiyanı platformanın veb versiyası üçün də tətbiq edən yeganə xidmətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube yeni funksiyası ilə deepfake-lərə müharibə elan edib
    youtube-yeni-funksiyasi-ile-deepfake-lere-muharibe-elan-edib
    YouTube, avtodublyajı videodakı şəxsin dodaq hərəkətləri ilə sinxronlaşdıra biləcək
    youtube-avtodublyaji-videodaki-sexsin-dodaq-hereketleri-ile-sinxronlasdira-bilecek
    YouTube playeri tamamilə yeni interfeysi əldə edib
    youtube-playeri-tamamile-yeni-interfeysi-elde-edib
    YouTube bloklanmış bəzi müəlliflərə geri qayıtmaq imkanı verib
    youtube-bloklanmis-bezi-muelliflere-geri-qayitmaq-imkani-verib
    YouTube-un mobil versiyasının interfeysi üçün kiçik dəyişikliklər hazırlanır
    youtube-un-mobil-versiyasinin-interfeysi-ucun-kicik-deyisiklikler-hazirlanir