WhatsApp-da hər bir çat üçün yaddaş həcmini idarə etmək mümkün olacaq
Sosial Media
28.10.2025
Emil Nəcəfov
Meta şirkəti WhatsApp messencerində yeni bir funksiyanı sınaqdan keçirir - bu funksiya hər bir çat üçün yaddaşda tutulan həcmi ayrıca idarə etməyə imkan verəcək. Yeni Manage Storage bölməsi istifadəçinin cihazında konkret söhbətin tutduğu ümumi yaddaş miqdarını göstərəcək. Məlumata görə iOS üçün TestFlight vasitəsilə yayımlanan beta versiyada çat məlumatları bölməsində yeni Manage Storage seçimi peyda olub. Bu seçim qalereya formatında bütün faylları - şəkilləri, videoları, sənədləri və digər əlavələri - onların tutduqları yaddaş həcmi ilə birlikdə göstərir. Yeni funksiya mövcud Settings → Storage and Data → Manage Storage bölməsində yerləşən qlobal yaddaş idarəetmə alətinin tamamlayıcısı olacaq. Bu bölmə indiyə qədər tətbiqdə yaddaş boşaltmağın yeganə üsulu idi. Hər çatda mövcud olan “Media, Links and Docs” bölməsindən fərqli olaraq, bu yenilik artıq hər bir faylın tutduğu yaddaş miqdarını dəqiq göstərəcək. Funksiyanın bütün istifadəçilər üçün istifadəyə veriləcəyi tarix hələlik açıqlanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
WhatsApp ekran paylaşma funksiyası vasitəsilə dələduzluq halında istifadəçini xəbərdar edəcək
WhatsApp ekran paylaşma funksiyası vasitəsilə dələduzluq halında istifadəçini xəbərdar edəcək
WhatsApp, istifadəçinin tanımadığı biri ilə videozəng zamanı ekran paylaşma funksiyasını aktivləşdirməyə çalışdıqda müdaxilə etməyə başlayacaq. Bu funksiya dələduzlar tərəfindən onlayn bank hesabına giriş məlumatlarını və ya təsdiqetmə kodunu ələ keçirmək məqsədilə sui-istifadə oluna bilər.
WhatsApp cavab verilməyən mesajların sayına limit təyin edəcək
WhatsApp cavab verilməyən mesajların sayına limit təyin edəcək
WhatsApp messenceri üzərində çalışan tərtibatçılar platformada spamla mübarizəni davam etdirirlər. Bunun üçün onlar istifadəçilərin və şirkətlərin cavab almadan tanımadıqları insanlara göndərə biləcəkləri mesajların sayını məhdudlaşdırmaq qərarına gəliblər.
WhatsApp-da mesajların tərcümə funksiyası istifadəyə verilib
WhatsApp-da mesajların tərcümə funksiyası istifadəyə verilib
WhatsApp istifadəçinin seçdiyi dilə mesajların daxili tərcüməsini tədricən tətbiq etməyə başladığını açıqlayıb. Bu imkan iPhone və Android sahibləri üçün tamamilə pulsuz olacaq.
WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
WhatsApp-ın keçmiş kibertəhlükəsizlik üzrə top-meneceri San-Fransisko federal məhkəməsinə ana şirkəti Meta-ya qarşı iddia qaldırıb. Məlumata görə, o, şirkəti təhlükəsizlik problemlərinə məhəl qoymamaqda və aşkar etdiyi pozuntular barədə məlumat verdikdən sonra ona qarşı cavab tədbirləri görməkdə ittiham edib.
WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək
WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək
WhatsApp-ın iOS üçün yeni beta versiyasında “Close friends” adlı yeni funksiya aşkar edilib. Bu funksiya istifadəçilərə öz “foto-macəralarını” auditoriyaya göstərmədən statuslar vasitəsilə özünüifadə imkanı verəcək.
Həftənin xəbərləri