Bugündən başlayaraq Whatsapp çoxlu sayda smartfonda fəaliyyətini dayandırır. Söhbət, köhnə Android vasitəsilə çalışan smartfonlardan gedir. Daha öncə də məlumat verildiyi kimi bugündən başlayaraq messencer Android 5.0-dan daha əvvəlki Android versiyaların dəstəklərini dayandırır.
Bugünə kimi Whatsapp-ın Android smartfonda çalışması üçün smartfonun minimum Android 4.1 və ya ondan sonra istifadəyə verilmiş hər hansı bir Android versiyasına sahib olmalı idi. Beləliklə Android 4.1-4.3 Jelly Bean və Android 4.4 KitKat istifadəçiləri Whatsapp-ı sonuncu dəfə yeniləmək imkanına sahibdirlər. Google şirkətinin 2023-cü ilin iyun ayına olmuş statistikasına əsasən dünyadakı bütün aktiv Android cihazların yalnız 0.5%-i Android 4.4 KitKat vasitəsilə çalışır. Bu isə təqribi olaraq 15 milyon ədəd cihaza bərabərdir.