whatsapp android
Filterlə
WhatsApp-da səsli poçt analoqu istifadəyə veriləcək
Keçən ay WhatsApp-da buraxılmış zənglər üçün xatırlatma funksiyasının əlavə ediləcəyi barədə məlumat yayılmışdı. İndi isə məlum olub ki, tərtibatçılar messencerə buraxılmış zənglər üçün səsli poçt analoqu əlavə etməyi planlaşdırırlar.
WhatsApp naməlum qrup çatı barəsində icmalı təqdim etməyə başlayacaq
WhatsApp messenceri qrup çatları üçün təhlükəsizlik icmalı funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçi kontakt siyahısında olmayan biri tərəfindən naməlum bir qrupa dəvət edildikdə, həmin qrup haqqında əsas məlumatları və təhlükəsizliklə bağlı tövsiyələri təqdim edir.
Qeydiyyatsız və tətbiqsiz mesajlaşma: WhatsApp-da qonaq çatları istifadəyə veriləcək
Android üçün WhatsApp-ın son beta versiyasında “qonaq çatları” ilə bağlı bir yenilik aşkar edilib: WABetaInfo resursunun məlumatına görə, istifadəçi potensial söhbət tərəfdaşına onlayn çat linki göndərə biləcək və həmin şəxs bu link vasitəsilə WhatsApp tətbiqini telefona qurmadan, hətta WhatsApp hesabı olmadan da söhbətə qoşula biləcək.
WhatsApp-da mesajların süni zəka vasitəsilə xülasəsi funksiyası test edilir
WhatsApp süni zəka əsaslı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Bu funksiya çatlarda, qruplarda və kanallarda oxunmamış mesajları avtomatik şəkildə xülasə edir.
WhatsApp-ın Android versiyasında kontentlərin HD keyfiyyətdə yüklənməsi test edilir
Son aylarda WhatsApp tərtibatçıları istifadəçilərə cihazlarına avtomatik yüklənən foto və videoların keyfiyyətini seçmək imkanı verən funksiyanı sınaqdan keçirirdilər.
1 iyundan WhatsApp-ın milyonlarla iPhone və digər smartfonlarda dəstəyi dayandırıldı
1 iyun tarixindən etibarən WhatsApp köhnə iPhone və Android cihazlarında fəaliyyətini dayandırdı. Əgər smartfonda iOS 15.1-dən aşağı və ya Android 5.0-dan aşağı versiya quraşdırılıbsa, tətbiq artıq işə düşməyəcək.
WhatsApp-ın çat və kanallarında mesajların tərcüməsi funksiyası test olunur
Ötən ildən etibarən WhatsApp tərtibatçıları çatlar və kanallarda mesajların tərcümə funksiyası üzərində çalışırdılar. İndi isə bu funksiya Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün WhatsApp-ın 2.25.12.25 nömrəli beta versiyasını istifadə edən bəzi istifadəçilər üçün əlçatan olub.
WhatsApp çatlarına, zənglərinə və kanallarına yeni imkanlar əlavə edilib
WhatsApp istifadəçilərin mesajlaşma və zəng təcrübələrini yaxşılaşdırmaq üçün söhbətlər, zənglər və kanallar üzrə bir sıra yeni yeniliklər elan edib.
Həftənin xəbərləri

