main-post-cover

    Meta süni intellekt əsaslı videoların yaradılması servisi Vibes-ı istifadəyə verib

    Sosial Media
    29.09.2025
    Emil Nəcəfov
         Meta Platforms süni intellektin köməyi ilə qısa videolar yaratmaq və paylaşmaq üçün yeni Vibes platformasını təqdim edib. Məlumata görə, Vibes platforması Meta AI tətbiqində və meta.ai saytında əlçatandır. Vibes-in işə salınmasını Meta-nın baş direktoru Mark Zuckerberg Instagram-da elan edib və orada süni intellekt vasitəsilə hazırlanmış bir sıra videolar da təqdim olunub. Videolardan birində tüklü məxluqlar qrupu bir tüklü kubdan digərinə atılır. Başqa birində pişik xəmir yoğurur, üçüncüsündə isə qadın qədim Misir mənzərəsinə açılan eyvanda selfi çəkir. Platforma vasitəsilə videoları sıfırdan yaratmaq, mövcud kontentdən istifadə etmək və ya lenti videolarının remiksini hazırlamaq, onlara yeni vizual effektlər əlavə etmək və ya musiqi qoymaq mümkündür. Hazırlanmış videonu Vibes lentində paylaşmaq, digər istifadəçilərə göndərmək və ya Instagram, Facebook Stories Reels-də kross-post etmək olar.
         Meta-nın süni intellekt komandasının rəhbəri Alexandr Wang bildirib ki, şirkət Vibes-in erkən versiyasını işə salmaq məqsədilə süni intellekt əsaslı şəkil generatorları MidjourneyBlack Forest Labs ilə əməkdaşlıq edib, eyni zamanda öz süni intellekt modellərini də hazırlamağa davam edir. Çünki heç kim əslində süni intellektlə yaradılmış TikTok versiyasını istəmir. Zuckerberg-in elanına istifadəçi rəyləri də tam gözlənilən idi. Paylaşımın ən məşhur şərhində yazılıb: “Heç kim bunu istəmir”, başqa bir məşhur şərhdə isə deyilir: “Qardaş öz tətbiqində süni intellekt cəfəngiyyatı paylaşır”. Daha bir şərhdə isə belə yazılıb: “Düşünürəm ki, hamının fikrini ifadə edəcəyəm: Nəəə…?”. Resurs qeyd edib ki, indiki elan “qəribə” təsir bağışlayır, çünki şirkət bu ilin əvvəlində Facebook-da qeyri-orijinal kontentlə mübarizə aparacağını bildirmiş və müəlliflərə autentik hekayəçiliyə diqqət yetirməyi, xüsusi dəyəri olmayan qısa videolara isə vaxt ayırmamağı tövsiyə etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta öz tətbiqlərini Google-un süni intellekt həlləri ilə yaxşılaşdırmaq istəyir
    meta-oz-tetbiqlerini-google-un-suni-intellekt-helleri-ile-yaxsilasdirmaq-isteyir
    Facebook və Messenger-də xüsusi “yeniyetmə hesablarının” istifadəsinə start verilib
    facebook-ve-messenger-de-xususi-yeniyetme-hesablarinin-istifadesine-start-verilib
    Meta Horizon Studio adlı virtual dünyaların redaktorunu təqdim edib
    meta-horizon-studio-adli-virtual-dunyalarin-redaktorunu-teqdim-edib
    Oakley Meta Vanguard ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ
    oakley-meta-vanguard-agilli-eyneyi-teqdim-edilib-qiymeti
    Meta Ray-Ban Display AR eynəyi təqdim edilib - QİYMƏTİ
    meta-ray-ban-display-ar-eyneyi-teqdim-edilib-qiymeti