main-post-cover

    Qeydiyyatsız və tətbiqsiz mesajlaşma: WhatsApp-da qonaq çatları istifadəyə veriləcək

    Sosial Media
    06.08.2025
    Emil Nəcəfov
         Android üçün WhatsApp-ın son beta versiyasında “qonaq çatları” ilə bağlı bir yenilik aşkar edilib: WABetaInfo resursunun məlumatına görə, istifadəçi potensial söhbət tərəfdaşına onlayn çat linki göndərə biləcək və həmin şəxs bu link vasitəsilə WhatsApp tətbiqini telefona qurmadan, hətta WhatsApp hesabı olmadan da söhbətə qoşula biləcək. Göndərilən linki açan şəxs birbaşa göndərici ilə onlayn çatda birləşdiriləcək. Bu çat sonadək şifrələmə (end-to-end encryption) ilə qorunur və çox güman ki, WhatsApp Web-ə bənzər interfeysə malik olacaq. Qonaq çatları bəzi məhdudiyyətlərə sahib olacaq: şəkil və video göndərmək mümkün olmayacaq, səsli və video mesajlar dəstəklənməyəcək - yalnız mətn mesajları göndərilə bilər.
         Bundan əlavə, bu funksiya yalnız şəxsi yazışmalar üçündür, qrup çatları nəzərdə tutulmur. Ətraflı texniki detalları hələlik məlum deyil, lakin bu ideya platformanın sahibi olan Meta şirkətinin messencerlərin uyğunluğu ilə bağlı Avropa Birliyinin tələblərinə əməl etmək cəhdinə uyğundur. WhatsApp artıq bir müddətdir iMessage, Telegram, Google Messages, Signal və digər xidmətlərdən olan xarici çatların inteqrasiyası məsələsi üzərində işləyir. WhatsApp-da qonaq çatlarının geniş istifadəçi auditoriyası üçün nə vaxt əlçatan olacağı hələ açıqlanmayıb, lakin ciddi maneələr ortaya çıxmasa, bu funksiyanın Android və iOS üçün yaxın yeniləmələrdə istifadəyə verilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp-ın yeni funksiyası vacib mesajları unutmağa imkan verməyəcək
    whatsapp-in-yeni-funksiyasi-vacib-mesajlari-unutmaga-imkan-vermeyecek
    WhatsApp-ın Windows üçün nativ tətbiqi ləğv ediləcək
    whatsapp-in-windows-ucun-nativ-tetbiqi-legv-edilecek
    WhatsApp eyni anda bir neçə çatdakı mesajların xülasəsini təqdim edə biləcək
    whatsapp-eyni-anda-bir-nece-catdaki-mesajlarin-xulasesini-teqdim-ede-bilecek
    WhatsApp-da mesajların süni zəka vasitəsilə xülasəsi funksiyası istifadəyə verilib
    whatsapp-da-mesajlarin-suni-zeka-vasitesile-xulasesi-funksiyasi-istifadeye-verilib
    ABŞ Konqresi əməkdaşlarına WhatsApp-dan istifadə qadağan edilib
    abs-konqresi-emekdaslarina-whatsapp-dan-istifade-qadagan-edilib