main-post-cover

    WhatsApp çatları eksportunun və medianın yaddaşda saxlanmasının bloklanması funksiyası hazırlanır

    Sosial Media
    08.04.2025
    Emil Nəcəfov
         WhatsApp istifadəçilərə kimlərin onların çatlarını ixrac edə və göndərilən medianı avtomatik yadda saxlaya biləcəyinə nəzarət imkanı verəcək yeni bir funksiya üzərində işləyir. Bu funksiya “çat məxfiliyinin genişləndirilmiş qorunması” adlanır və bu barədə WaBetaInfo portalı məlumat yayıb. iOS üçün WhatsApp-ın beta versiyasında fərdi kontaktlar və ya qruplar üzrə yazışma tarixçəsinin ixracını bloklamağa imkan verən bir keçid əlavə olunub. Əgər bu funksiya qrup çatında aktivləşdirilərsə, bütün iştirakçılara bu barədə bildiriş göndərilir.
         Maraqlıdır ki, genişləndirilmiş məxfilik funksiyası aktivləşdirildikdə Meta AI - söhbətə qoşula bilən çat-bot - avtomatik olaraq deaktiv edilir. Bundan əlavə, yeni funksiya hətta “bütün medianı yadda saxla” ayarı aktiv olsa belə, media kontentin avtomatik olaraq cihazda yadda saxlanmasını bloklayır. Lakin digər iştirakçıların faylları əl ilə saxlaya bilib-bilməyəcəyi hələlik məlum deyil. Bu məhdudiyyətlərə baxmayaraq, istifadəçilər hələ də ayrı-ayrı mesajları yönləndirə və ya ekran görüntüsü çəkə bilirlər, buna görə funksiya tam məxfilik zəmanəti vermir.
         Bununla belə, funksiyanı öz-özünə silinən mesajlarla birləşdirməklə qorumanı daha da gücləndirmək mümkündür. Bu funksiyanın WhatsApp-ın ictimai versiyasında əlçatan olub-olmayacağı hələ məlum deyil. Bununla yanaşı, WhatsApp yaxın zamanda statuslara musiqi əlavə etmək imkanını da istifadəyə verib - fotolar üçün 15 saniyəyə, videolar üçün isə 60 saniyəyə qədər musiqi əlavə etmək mümkündür. Bütün bu yeniliklər end-to-end şifrələmə ilə qorunur. Yaxın zamanda həmçinin məlum olub ki, WhatsApp artıq iPhone-da zənglər və mesajlar üçün standart tətbiq kimi seçilə bilər.
    Mənbə: WABetaInfo
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp, Avropa Birliyi tərəfindən daha sərt şəkildə tənzimlənəcək
    whatsapp-avropa-birliyi-terefinden-daha-sert-sekilde-tenzimlenecek
    ChatGPT-nin WhatsApp-da imkanları genişləndirilir
    chatgpt-nin-whatsapp-da-imkanlari-genislendirilir
    WhatsApp-ın mənfi özəlliklərindən biri aradan qaldırılıb
    whatsapp-in-menfi-ozelliklerinden-biri-aradan-qaldirilib
    iPhone 6 Plus-da WhatsApp-ın dəstəyi bu ilin ortasına kimi dayandırıla bilər
    iphone-6-plus-da-whatsapp-in-desteyi-bu-ilin-ortasina-kimi-dayandirila-biler
    WhatsApp-ın iOS versiyasında bir neçə hesabın istifadəsi funksiyası test edilir
    whatsapp-in-ios-versiyasinda-bir-nece-hesabin-istifadesi-funksiyasi-test-edilir