main-post-cover

    WhatsApp-da mesajların tərcümə funksiyası istifadəyə verilib

    Sosial Media
    24.09.2025
    Emil Nəcəfov
         WhatsApp istifadəçinin seçdiyi dilə mesajların daxili tərcüməsini tədricən tətbiq etməyə başladığını açıqlayıb. Bu imkan iPhone Android sahibləri üçün tamamilə pulsuz olacaq. Tərcümə funksiyası mesajın üzərinə uzun müddət toxunaraq, daha sonra “Translate” düyməsini seçməklə aktivləşdirilir. Bundan sonra mesajın hansı dilə tərcümə olunacağı seçilə bilər. Funksiya şəxsi söhbətlərdə, qruplarda və kanallarda işləyir. Android istifadəçiləri isə bütün gələn mesajlara şamil olunmaq üçün tam söhbət zəncirləri üzrə avtomatik tərcüməni aktivləşdirə bilərlər. Android istifadəçiləri üçün ilkin mərhələdə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dillərindən tərcümə dəstəyi əlçatan olacaq, iPhone istifadəçiləri isə mesajları 19-dan çox dilə tərcümə edə biləcəklər. WhatsApp gələcəkdə tərcümə dəstəyini digər dillərə də genişləndirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, yeni funksiya real vaxt rejimində tərcüməni əhatə etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
    whatsapp-daki-tehlukesizlik-ile-bagli-problemleri-gormezden-geldiyi-sebebile-meta-mehkemeye-verilib
    WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək
    whatsapp-daki-statuslar-funksiyasi-yeni-imkan-elde-edecek
    WhatsApp-a mesajların swni intellekt vasitəsilə formalaşdırma funksiyası əlavə edilib
    whatsapp-a-mesajlarin-swni-intellekt-vasitesile-formalasdirma-funksiyasi-elave-edilib
    WhatsApp-da səsli poçt analoqu istifadəyə veriləcək
    whatsapp-da-sesli-poct-analoqu-istifadeye-verilecek
    WhatsApp-ın beta versiyasına mesajların süni intellektlə yazılması və redaktəsi imkanı əlavə edilib
    whatsapp-in-beta-versiyasina-mesajlarin-suni-intellektle-yazilmasi-ve-redaktesi-imkani-elave-edilib