YouTube, avtodublyajı videodakı şəxsin dodaq hərəkətləri ilə sinxronlaşdıra biləcək
Sosial Media
15.10.2025
Emil Nəcəfov
YouTube süni intellekt əsaslı yeni texnologiyanı sınaqdan keçirir. Bu texnologiya avtomatik tərcümə zamanı danışanların dodaq hərəkətlərini sinxronlaşdırmaq üçün nəzərdə tutulub. Bu yenilik artıq audionu tərcümə edən mövcud avtodublyaj funksiyasını tamamlayır. Avtodublyaj üzrə məhsul rəhbəri Buddhika Kottahachchi bildirib ki, komanda ekrandakı pikselləri elə dəyişdirən alətlər hazırlamalı olub ki, onlar tərcümə olunmuş nitqə uyğunlaşsın. Sistem bunun üçün təkcə dodaqların formasını deyil, həm də dişlərin mövqeyini, mimikanı, duruşu və digər vizual elementləri analiz edir. Məlumata görə, hazırkı test mərhələsində texnologiya ən yaxşı nəticəni Full HD keyfiyyətli videolarda göstərib.
4K videolarda isə effektivlik bir qədər aşağıdır, lakin rəsmi istifadəyə başlanana qədər keyfiyyətin artırılması planlaşdırılır. Xatırladaq ki, YouTube bu funksiyanı ilk dəfə sentyabr ayında keçirilmiş tədbirdə nümayiş etdirmişdi, lakin ictimai buraxılış tarixi hələ açıqlanmayıb. Alətin ilk versiyası dodaq sinxronizasiyasını ingilis, fransız, alman, ispan və portuqal dillərinə tərcümə zamanı dəstəkləyir. Gələcəkdə bu imkanın avtodublyaj sistemi tərəfindən dəstəklənən bütün dilləri əhatə etməsi planlaşdırılır. Buraya benqal, holland, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, malayalam (dravidiya dili), polyak, pandjabi, rumın, rus, tamil, telugu, türk, ukrayna və vyetnam dilləri daxildir. Funksiyanın istifadə qiyməti barədə məlumat açıqlanmayıb. Hazırda o, erkən sınaq mərhələsindədir və yalnız seçilmiş YouTube istifadəçiləri üçün əlçatandır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube playeri tamamilə yeni interfeysi əldə edib
YouTube playeri tamamilə yeni interfeysi əldə edib
YouTube video platforması veb versiyanı, Android, iOS və smart televizorlar üçün tətbiqləri əhatə edən genişmiqyaslı interfeys yeniləməsini qlobal şəkildə istifadəyə veriYouTube video platforması veb versiyanı, Android, iOS və smart televizorlar üçün tətbiqləri əhatə edən genişmiqyaslı interfeys yeniləməsini qlobal şəkildə istifadəyə verib.
YouTube bloklanmış bəzi müəlliflərə geri qayıtmaq imkanı verib
YouTube bloklanmış bəzi müəlliflərə geri qayıtmaq imkanı verib
YouTube platforması dezinformasiya yaydıqları üçün silinmiş bəzi hesabların müəlliflərinə ikinci şans vermək qərarına gəlib. Bu o cümlədən COVID-19 və ABŞ seçkiləri ilə bağlı saxta məlumatlar yaydıqları üçün bloklanmış kanallara da aiddir.
YouTube-un mobil versiyasının interfeysi üçün kiçik dəyişikliklər hazırlanır
YouTube-un mobil versiyasının interfeysi üçün kiçik dəyişikliklər hazırlanır
Sentyabrda Android TV üçün yenilənmiş interfeysin təqdimatından sonra YouTube video platforması mobil tətbiqin interfeysini təkmilləşdirməyə başlayıb.
YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək
YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək
Google-a məxsus YouTube video platforması 6 yanvar 2021-ci ildən sonra Donald Trump-ın hesabının müvəqqəti bloklanmasına görə 24.5 milyon dollar təzminat ödəyəcək.
YouTube videolarının sonlarındakı qıcıqlandırıcı tövsiyə pəncərələrini gizlətmək imkanı istifadəyə verilib
YouTube videolarının sonlarındakı qıcıqlandırıcı tövsiyə pəncərələrini gizlətmək imkanı istifadəyə verilib
YouTube videonun sonunda çıxan tövsiyə pəncərələrini gizlətmək imkanı əlavə edib, həmçinin masaüstü cihazlarda kanalın su nişanının üzərinə kursor gətirildikdə görünən “subscribe” düyməsini də ləğv edib.
Həftənin xəbərləri