AI tələbinin yüksəlişi VRAM bazarına təsir edib
Süni İntellekt
28.11.2025
Sevinc Miralizade
Technote.az "Wccftech" platformasına istinadən bildirir ki, NVIDIA-nın GPU istehsal zəncirində ciddi dəyişiklik etdiyi bildirilir. Məlumata görə şirkət artıq öz AIB tərəfdaşlarına (ASUS, MSI, Gigabyte və digərləri) GPU-larla birlikdə VRAM yaddaş çipləri göndərməyəcək. Bu qərarın əsas səbəbi qlobal yaddaş çatışmazlığı və son dövrlərdə süni intellektə tələbin kəskin artmasıdır.
NVIDIA VRAM çiplərini Samsung, Micron və SK Hynix kimi nəhəng təchizatçılardan alır. Lakin hazırkı yüksək tələb səbəbindən həmin şirkətlərin istehsal gücü daha çox AI serverləri üçün ayrılır və nəticədə NVIDIA kifayət qədər GDDR6/GDDR7 yaddaş çipi əldə edə bilmir. “Golden Pig Upgrade” bildirir ki, məhz buna görə NVIDIA artıq VRAM çiplərini GPU-larla birlikdə göndərmir. Adətən NVIDIA GPU kristalları və VRAM çiplərini birlikdə AIB tərəfdaşlarına təqdim edir, onlar isə digər komponentləri tamamlayırlar. Yeni qərar xüsusilə kiçik istehsalçılar üçün çətinlik yarada bilər, çünki yaddaş çiplərini birbaşa istehsalçılardan təmin etmək həm bahalı, həm də çətindir.
Yaddaş çatışmazlığı təkcə sistem RAM-larına (DDR4/DDR5) deyil, həm də video yaddaşa, GDDR6 və GDDR7 çiplərinə təsir edir. Bu çiplər həm AMD Radeon RX 9000, həm də NVIDIA RTX 50 seriyası üçün əsasdır. AMD-nin də eyni addımı atıb-atmayacağı hələ məlum deyil. Son aylarda yaddaş qiymətlərinin kəskin artacağı barədə xəbərdarlıqlar da edilib. MAINGEAR şirkətinin CEO-su vəziyyətin daha da ağırlaşacağını bildirib. Samsung 3 GB-lıq GDDR7 (28 Gbps) yaddaş modullarının kütləvi istehsalına başlasa da, onların RTX 50 Super seriyasında istifadəsi gözlənilir və bu seriyanın yaddaş çatışmazlığı səbəbilə 2026-cı ilin üçüncü rübünə qədər gecikə biləcəyi iddia olunur.
Hələlik bu məlumat rəsmi təsdiqlənməyib, lakin etibarlı mənbələr vəziyyətin çox ciddiləşdiyini göstərir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta rəqib AI çatbotlarını qadağan edir
Meta rəqib AI çatbotlarını qadağan edir
Meta WhatsApp-ın yeni istifadə şərtlərini yeniləyərək rəqib süni intellekt çatbotlarının platformada yayılmasını qadağan edir.
xAI Colossus data mərkəzinin yanında günəş stansiyası tikəcək
xAI Colossus data mərkəzinin yanında günəş stansiyası tikəcək
xAI Colossus data mərkəzinin yanında 30 meqavatlıq günəş stansiyası tikməyi planlaşdırır, lakin şirkət qanunsuz qaz turbinləri və artan hava çirklənməsi ilə bağlı ciddi tənqidlərə məruz qalır.
HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
HP süni intellektə keçidi sürətləndirmək üçün 2028-ə qədər 6 minədək işçini ixtisar edəcəyini və bununla illik 1 milyard dollara qədər qənaət edəcəyini açıqlayıb.
Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
Microsoft WhatsApp-ın yeni qaydalarına uyğun olaraq Copilot çatbotunu 15 yanvardan platformadan çıxarır və istifadəçiləri mobil tətbiq və veb versiyaya keçməyə çağırır.
Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
Character.AI təhlükəsizlik səbəbilə yeniyetmələr üçün açıq söhbətləri bağlayaraq onların yerinə daha təhlükəsiz interaktiv “Hekayələr” formatını təqdim edib.
Həftənin xəbərləri