Meta rəqib AI çatbotlarını qadağan edir
Süni İntellekt
27.11.2025
Sevinc Miralizade
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Meta WhatsApp-ın yeni istifadə şərtlərini yeniləyərək rəqib süni intellekt çatbotlarının platformada yayılmasını qadağan edir. Bu dəyişikliyə görə ChatGPT və Copilot 15 yanvar 2026-dan etibarən WhatsApp-dan tamamilə çıxarılacaq.
OpenAI bir neçə həftə əvvəl WhatsApp-dan ayrılacağını açıqlamışdı, Microsoft isə bu həftə oxşar qərar verdiyini bildirdi. Hər iki şirkət WhatsApp Business Solution üçün yenilənmiş qaydaları səbəb göstərir. ChatGPT istifadəçiləri söhbət tarixçələrini itirməmək üçün hesablarını WhatsApp-a bağlaya biləcək, lakin Copilot istifadəçilərinə belə imkan verilməyəcək.
Meta oktyabr ayında elan etdiyi yeni qaydalarla AI şirkətlərinin WhatsApp Business API-ni öz AI məhsullarını yaymaq üçün istifadə etməsini qadağan edir. Yalnız müştəri xidməti və dəstək məqsədli botlara icazə veriləcək. Məqsəd Meta rəqiblərinin WhatsApp vasitəsilə istifadəçilərə çıxışını məhdudlaşdırmaqdır. Yeni qaydaların qüvvəyə minməsi ilə Perplexity kimi digər AI çatbotlarının da platformanı tərk etməsi gözlənilir. Nəticədə, 2026-cı ildən WhatsApp-da yalnız Meta AI istifadə oluna biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
xAI Colossus data mərkəzinin yanında günəş stansiyası tikəcək
xAI Colossus data mərkəzinin yanında günəş stansiyası tikəcək
xAI Colossus data mərkəzinin yanında 30 meqavatlıq günəş stansiyası tikməyi planlaşdırır, lakin şirkət qanunsuz qaz turbinləri və artan hava çirklənməsi ilə bağlı ciddi tənqidlərə məruz qalır.
HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
HP süni intellektə keçidi sürətləndirmək üçün 2028-ə qədər 6 minədək işçini ixtisar edəcəyini və bununla illik 1 milyard dollara qədər qənaət edəcəyini açıqlayıb.
Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
Microsoft WhatsApp-ın yeni qaydalarına uyğun olaraq Copilot çatbotunu 15 yanvardan platformadan çıxarır və istifadəçiləri mobil tətbiq və veb versiyaya keçməyə çağırır.
Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
Character.AI təhlükəsizlik səbəbilə yeniyetmələr üçün açıq söhbətləri bağlayaraq onların yerinə daha təhlükəsiz interaktiv “Hekayələr” formatını təqdim edib.
Warner Music Suno ilə aralarındakı mübahisəni həll edib
Warner Music Suno ilə aralarındakı mübahisəni həll edib
Warner Music Suno ilə aralarındakı iddianı həll edərək, AI musiqi sahəsində yeni əməkdaşlıq dövrünün əsasını qoyub.
Həftənin xəbərləri