main-post-cover

    xAI Colossus data mərkəzinin yanında günəş stansiyası tikəcək

    Süni İntellekt
    27.11.2025
    Sevinc Miralizade

        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, xAI ötən həftə Colossus data mərkəzinin yanında yeni günəş elektrik stansiyası tikməyi planlaşdırdığını bildirib. Bu data mərkəzi dünyada ən böyük süni intellekt təlim mərkəzlərindən biri hesab olunur. Yeni layihə data mərkəzinin qərb və cənub hissəsində yerləşən 88 akr ərazini əhatə edəcək. Hazırda həmin ərazinin yaxınlığında, eyni developerə məxsus 136 akr boş sahə mövcuddur. Ölçüyə əsasən, tikiləcək günəş stansiyasının təxminən 30 meqavat elektrik istehsal edəcəyi gözlənilir ki, bu da Colossus-un ehtiyac duyduğu enerji həcminin cəmi 10 faizidir.

        xAI bu yaxınlarda icazəsiz şəkildə 400 meqavatdan çox gücə malik qaz turbinləri işlətməkdə ittiham edilib. Cənub Ətraf Mühit Hüquq Mərkəzinin (SELC) məlumatına görə, şirkət azı 2 000 ton NOx emissiyası yarada bilən 35 turbin işlədib. Bu tullantılar tüstü, havanın çirklənməsi və tənəffüs problemlərinə səbəb olur. Rəsmi qurumlar xAI-yə 2027-ci ilin yanvarına qədər cəmi 15 turbin işlətmək üçün icazə verib. Şirkət isə bildirir ki, əlavə enerji əldə edənə qədər mövcud turbinlərdən istifadə davam edəcək.
        xAI sentyabr ayında bölgədə 100 meqavatlıq daha böyük günəş stansiyası100 meqavatlıq batareya sistemi quracağını da açıqlamışdı. Bu layihə üçün developer Seven States Power Corporation, ABŞ Kənd Təsərrüfatı Departamentindən 439 milyon dollar dəyərində dəstək alıb. Bunun 414 milyon dolları faizsiz kredit kimi ayrılıb. Bu federal dəstək xüsusi diqqət çəkir, çünki Trump administrasiyası dövründə bir çox təmiz enerji qrantları və kreditlərinin ləğv edildiyi bildirilir. Şirkət eyni zamanda Missisipidə yerləşən Colossus 2 data mərkəzini enerji ilə təmin etmək üçün də qaz turbinləri əlavə edib. Hazırda ərazidə 59 turbin var və şirkət onların 18-nin müvəqqəti olduğunu deyir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HP 2028-ə qədər 6 min işçini ixtisar edərək AI-a sərmayəni artıracaq
    hp-2028-e-qeder-6-min-iscini-ixtisar-ederek-ai-a-sermayeni-artiracaq
    Microsoft Copilot 15 yanvardan etibarən WhatsApp-dan çıxarılır
    microsoft-copilot-15-yanvardan-etibaren-whatsapp-dan-cixarilir
    Character AI interaktiv “Hekayələr” funksiyasını təqdim edir
    character-ai-interaktiv-hekayeler-funksiyasini-teqdim-edir
    Warner Music Suno ilə aralarındakı mübahisəni həll edib
    warner-music-suno-ile-aralarindaki-mubahiseni-hell-edib
    ChatGPT səs rejimi yeniləyir!
    chatgpt-ses-rejimi-yenilendi