
Süni intellekt Wi-Fi vasitəsilə divarlardan o tərəfi görməyi öyrənib
Süni İntellekt
03.10.2025
Emil Nəcəfov
Wi-Fi-a qoşulmuş cihazlar ətrafımızda məkan yönümlü radiodalğalarla daim siqnal mübadiləsi aparır. Bu radiodalğalar divarlardan, mebellərdən və məkandakı digər əşyalardan əks olunaraq həmin obyektlərin yerləşmə məlumatını formalaşdırır. Bu cür məlumat toplusu və ya Wi-Fi kanalının vəziyyəti haqqında informasiya (Wi-Fi CSI) əvvəllər otaqların kobud eskizlərini yaratmaq üçün istifadə olunurdu və bu eskizlərin dəqiqliyini süni intellekt vasitəsilə artırmaq mümkündür. Tokio Elm Universitetinin tədqiqatçıları Wi-Fi CSI məlumatlarını süni intellekt diffuziya modelləri ilə emal etmə üsulu təklif ediblər. Riyazi alqoritmlərə əsaslanan Wi-Fi CSI vizuallaşdırılması ilkin məlumatların azlığı səbəbindən yalnız təxmini nəticələr verir və çox böyük hesablama resursları tələb edir.

Bu çatışmazlıqları fotorealistik təsvirlər yaratmaq üçün öyrədilmiş süni intellekt diffuziya modeli aradan qaldıra bilir. Bu nəticə Wi-Fi CSI-nin piksel toplusuna deyil, diffuziya modellərinin işlədiyi obyektlərin ümumi təsvirini ifadə edən latent (gizli) məkana çevrilməsi ilə əldə olunur. Elə buna görə də metod LatentCSI adlandırılıb. LatentCSI texnologiyası Wi-Fi CSI-ni latent məkana çevirməyi nəzərdə tutur. Daha sonra bu məkan əvvəlcədən öyrədilmiş diffuziya modelinə ötürülür və həmin model Wi-Fi-nin özlüyündə “görə” bilmədiyi incə detallar və teksturalarla yüksək icazəli təsvir yaradır. Tədqiqatçılar öz layihələrində Wi-Fi CSI kodlayıcısını Stable Diffusion 3 modelinə qoşublar. Model bu məlumatları təsvir generasiyası üçün sorğu kimi qəbul edib və bununla da hesablama resurslarına qənaət olunub.

Əhəmiyyətli məqam odur ki, model əvvəlcə öyrənilən məkanın real fotoları üzərində təlim keçib, yəni otağın boş vəziyyətdə necə göründüyünü bilib. Bundan sonra süni intellekt dəyişən mühitin vəziyyətini bərpa edib - otaqda neçə nəfərin olduğunu, onların harada dayandığını və obyektlərin ümumi yerləşməsini göstərib. İndi provayderlərin marşrutizatorlardan istifadə edərək abunəçilərə nəzarət etməsi çətin görünür, amma LatentCSI texnologiyası məxfilik təhlükəsi ilə bağlı bəzi suallar doğurur. Yəqin ki, bu, insanları izləməyə kömək edə bilər, baxmayaraq ki, hazırda bu, sadəcə laboratoriya nümayişidir. Bu, ilk belə həll deyil: daha əvvəl italyan alimlər insanların bədənlərinin Wi-Fi siqnallarına gətirdiyi təhriflər vasitəsilə identifikasiyası üsulunu təklif etmişdilər. Amerikalı tədqiqatçılar isə radiodalğalar əsasında robotlar üçün görmə sistemi qurmuşdular.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sam Altman süni intellekt üzərində idarənin təsadüfən itirilə biləcəyi barəsində xəbərdarlıq edib

Sam Altman süni intellekt üzərində idarənin təsadüfən itirilə biləcəyi barəsində xəbərdarlıq edib
OpenAI rəhbəri Sam Altman MD MEETS podkastında Axel Springer-in baş direktoru Mathias Döpfner ilə söhbətində texnologiyaların inkişafı ilə bağlı narahatedici bir ssenarini səsləndirib.
Tədqiqatçılar süni intellekt səbəbilə kütləvi işsizliyi aşkar etməyiblər

Tədqiqatçılar süni intellekt səbəbilə kütləvi işsizliyi aşkar etməyiblər
Generativ süni intellekt sistemlərinin tərtibatçıları investorların vəsaitini cəlb etməkdə maraqlıdırlar və buna görə də bu cür sistemlərin iqtisadiyyatın bütün sahələrinə nə dərəcədə təsir göstərə biləcəyi barədə proqnozlar verməkdən çəkinmirlər.
OpenAI süni intellekt əsaslı Sora 2 video generatorunu təqdim edib (VİDEO)

OpenAI süni intellekt əsaslı Sora 2 video generatorunu təqdim edib (VİDEO)
OpenAI video və audio generasiyası üçün flaqman süni intellekt modeli Sora 2-ni təqdim edib. Şirkət bunu orijinal Sora ilə müqayisədə böyük keyfiyyət sıçrayışı kimi təqdim edir və mətn generasiyası üçün inqilabi olan GPT-3.5 ilə müqayisə edir.
Süni intellekt tərəfindən yaradılmış Tilly Norwood adlı aktrisa artıq məşhurlaşmağa başlayıb (VİDEO)

Süni intellekt tərəfindən yaradılmış Tilly Norwood adlı aktrisa artıq məşhurlaşmağa başlayıb (VİDEO)
Müasir generativ süni intellekt sistemlərinin imkanları yalnız insanların realistik statik təsvirlərinin və qısa videoların yaradılması ilə məhdudlaşmır, onlar tam virtual aktyorların yaradılmasına da qadirdir.
Minecraft-da CraftGPT adlı işlək kiçik süni intellekt modeli hazırlanıb (VİDEO)

Minecraft-da CraftGPT adlı işlək kiçik süni intellekt modeli hazırlanıb (VİDEO)
Minecraft oyunu yalnız sizin təxəyyülünüz və yaradıcılıq qabiliyyətlərinizlə məhdudlaşan bir sandbox-dur (qum qutusu) və bu, sammyuri ləqəbli yutuberin videosunda tam şəkildə nümayiş olunur.
Həftənin xəbərləri

