
Böyük Britaniyada potensial cinayətləri süni intellekt vasitəsilə proqnozlaşdırmağı planlaşdırırlar
Süni İntellekt
18.08.2025
Emil Nəcəfov
Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır. Xüsusilə, Böyük Britaniya hakimiyyəti bir layihə üzərində işləyir. Məlumata görə, bu layihə çərçivəsində cinayətlərin baş verə biləcəyi yerləri öncədən proqnozlaşdıran süni intellekt əsaslı sistemin yaradılması planlaşdırılır. “Safe Streets” (Təhlükəsiz küçələr) adlı hökumət proqramı çərçivəsində hazırlanmaqda olan yeni texnologiyanın hüquq-mühafizə orqanlarına süni intellektin proqnozlarına əsasən cinayətlərin başvermə ehtimalının yüksək olduğu yerlərdə qabaqlayıcı tədbirlər görməyə imkan verəcəyi gözlənilir.

Sistemə daxil edilmiş hüquq pozucularının davranış xüsusiyyətləri, həmçinin polis, sosial xidmətlər və digər qurumlardan əldə edilən məlumatlar təhlil ediləcək və onların əsasında proqnozlar veriləcək. İlk mərhələdə real vaxt rejimində mümkün cinayətlərin baş verə biləcəyi yerləri proqnozlaşdırmaq üçün əsas olacaq cinayətkarlıq xəritəsinin hazırlanması nəzərdə tutulur. Layihənin 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılır. Böyük Britaniya hökuməti ümid edir ki, bu texnologiyanın tətbiqi hüquq-mühafizə orqanlarının daha səmərəli işləməsinə imkan verəcək və cinayətkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq. Bununla belə, bəzi mütəxəssislər qeyd edirlər ki, bu texnologiyadan istifadə zamanı maksimum ehtiyatlı olmaq və müəyyən şəxslərə və ya icmalara qarşı sui-istifadə hallarına yol verməmək vacibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt bir neçə sətr məlumat vasitəsilə aqressiv vəziyyətə salmaq olar

Süni intellekt bir neçə sətr məlumat vasitəsilə aqressiv vəziyyətə salmaq olar
London İmperial Kolleci, Gent Universiteti və Truthful AI tədqiqat qrupundan olan bir qrup alim bir sıra təcrübələr aparıb. Nəticədə məlum olub ki, süni intellektin böyük dil modelləri (LLM) az miqdarda məlumatlar toplusu üzərində təkrar təlimdən sonra davranışlarını kəskin şəkildə dəyişdirə bilər.
İT sahənin məzunları süni intellekt səbəbilə iş tapa bilmirlər

İT sahənin məzunları süni intellekt səbəbilə iş tapa bilmirlər
The New York Time-ın yeni materialı göstərib ki, hazırda ABŞ əmək bazarında bir problem yaranıb: bir neçə il əvvəl informasiya texnologiyaları boom-undan ruhlanan, müvafiq ixtisaslara malik indiki universitet məzunları işsizlik və mənəvi məyusluqla üzləşirlər.
Çinin açıq mənbəli süni intellekt sahəsindəki liderliyi ABŞ-ı narahat edir

Çinin açıq mənbəli süni intellekt sahəsindəki liderliyi ABŞ-ı narahat edir
Çinin açıq mənbə kodlu süni intellekt modellərini qlobal standart halına gətirmə istəyi ABŞ şirkətləri və siyasətçiləri arasında narahatlıq yaradıb. Wall Street Journal yazır ki, sonuncular bunun ABŞ həllərini kölgədə qoya biləcəyindən ehtiyat edirlər.
GPT-5 əvvəlki modellərdən 20 dəfə daha çox enerji sərf edir

GPT-5 əvvəlki modellərdən 20 dəfə daha çox enerji sərf edir
The Guardian xəbər verir ki, OpenAI-nin yeni təqdim olunmuş GPT-5 modeli, 2023-cü ilin ortalarına aid ChatGPT ilə müqayisədə eyni sorğunu emal etmək üçün 20 dəfə daha çox enerji tələb edir.
Böyük dil modelləri əsl məntiqi düşüncəyə sahib deyillər

Böyük dil modelləri əsl məntiqi düşüncəyə sahib deyillər
Arizona Dövlət Universitetinin tədqiqatçıları, böyük dil modellərinin (LLM) məntiqi düşünmə qabiliyyətləri barədə geniş yayılmış fikrə meydan oxuyan bir araşdırma dərc ediblər.
Həftənin xəbərləri

