main-post-cover

    Çində süni intellekt əsaslı virtual satıcılar sürətlə məşhurlaşır

    Süni İntellekt
    21.08.2025
    Emil Nəcəfov
         Şanxayın  PLTFRM adlı marketinq şirkəti Taobao Pinduoduo kimi Çin elektron ticarət saytlarında süni intellekt əsasında işləyən təxminən 30 virtual satıcı yerləşdirib. Bu avatarlar Baidu-nun video süni intellekt modellərini və DeepSeek-in böyük dil modellərini istifadə edərək skriptlər yaradır və printerdən tutmuş yaş salfetlərədək hər şeyi sata bilirlər. Onlar məhsullar haqqında əsas məlumat paylaşmağı, auditoriyanı salamlamağı və suallara cavab verməyi bacarırlar. 2022-ci ildən bəri Çin elektron ticarət platformaları canlı yayımlar üçün süni intellekt satıcıların axınına şahid olub, neyron şəbəkələrin son sürətli inkişafı isə bu texnologiyanı daha əlçatan edib. Satıcı avatarlar daha realistik görünür, ticarət zonalarındakı fonlar isə daha yaxşı təsvir olunur. Böyük dil modellərinin inkişafı sayəsində süni intellekt avatarları artıq yayım zamanı şərhləri və sualları qəbul edərək real vaxt rejimində fərdiləşdirilmiş cavablar yarada bilir və əvvəlcədən hazırlanmış şablon cavablarla məhdudlaşmırlar.
         Bu texnologiya şirkətlərə 365 gün ərzində fasiləsiz canlı yayımlar təşkil etməyə imkan verdi və bu, hazırda Çində ən güclü marketinq kanalı halına gəlib. Çin Beynəlxalq Elektron Ticarət Mərkəzi (China International Electronic Commerce Center) tərəfindən dərc olunmuş hesabatda qeyd olunur ki, 2024-cü ildə bütün elektron ticarət satışlarının 1/3-dən çoxu canlı yayımlar zamanı həyata keçirilib və hər iki nəfərdən biri yayım izləyərkən alış-veriş edib. PLTFRM şirkətinin həmtəsisçisi Alexandre Ouairy iddia edir ki, virtual satış botları daim canlı satıcılardan daha yaxşı nəticə göstərirlər. Məsələn, Brother şirkəti təsdiqləyib ki, onun süni intellekt əsasında hazırlanmış avatarı onlayn fəaliyyətinin ilk 2 saatında 2500$-lıq printer satıb və süni intellekt avatarlarına keçiddən sonra canlı satışlar 30% artıb. Şirkət bildirib: “Hər səhər biz süni intellekt aparıcımızın nə qədər satış etdiyini öyrənmək üçün göstəriciləri yoxlayırıq. İndi bu, gündəlik həyatımızın bir hissəsinə çevrilib”. Ouairy deyir ki, Brother-in “virtual insanı” Çindəki real Brother satış nümayəndəsinin obrazı əsasında yaradılıb və bəzən şirkət hibrid yayımlar təşkil edir - satıcı-insan bir neçə saat işləyir, sonra isə süni intellekt davam etdirir.
         “Siz real insanın adından yalnız 3-4 saat canlı yayım apara bilərsiniz. Bundan sonra səsinizi itirirsiniz və yorulursunuz. Buna görə biz həmin insanın virtual versiyasını işə salırıq və o, [həmin real insan] dincələnədək yayıma nəzarəti öz üzərinə götürür. Satışlara baxsaq, real insanla ilk bir neçə dəqiqədə və ya ilk saatda onlar daha yüksək olur, lakin sonra azalır, çünki insan yorulur. Real insanla canlı yayım aparmaq - məhsula baxmaq, auditoriya ilə qarşılıqlı əlaqə qurmaq, növbəti məhsulun təqdimatına hazırlaşmaq - çox yorucudur. Bu, böyük diqqət tələb edir və buna görə də biz, insanlar, müəyyən məhdudiyyətlərə malikik. Aparıcı daha az gülümsəyir, daha az maraqlı olur və s. Virtual insan isə davranış baxımından çox standartlaşdırılıb” - deyə Ouairy izah edib. Ouairy bildirib ki, ABŞ və Avropa şirkətləri ABŞ sosial şəbəkələrində buna bənzər satıcıların yaradılmasına maraq göstəriblər. PLTFRM texnologiyasını YouTube, TikTok Facebook üzərində sınaqdan keçirib və onun həqiqətən işlədiyini iddia edir.
         Hazırda şirkət diqqətini Çinə yönəldib. PLTFRM ingilis dilli avatarları test edib, lakin hələ ki, onları tətbiq etməyi planlaşdırmır, çünki onlar Çin süni intellekt modelləri əsasında öyrədilir və digər dillərdə daha az təbii səslənirlər. ABŞ-da süni intellekt influenserləri sürətlə məşhurluq qazanır, süni intellekt tərəfindən yaradılmış videolar mütəmadi olaraq viral olur, süni intellekt ilə hazırlanmış deepfake-lər və reklamlar isə YouTube, Instagram və TikTok-u bürüyüb. Sosial şəbəkələrin gələcəkdə süni intellekt tərəfindən yaradılmış məzmunun sonsuz axınına, araya qarışmış süni intellekt satıcıları ilə çevriləcəyini təsəvvür etmək çətin deyil. Son bir neçə ildə bu cür “virtual insanlar” yaratmaq üçün lazım olan texnologiyalar xeyli daha əlçatan və ucuzlaşıb. PLTFRM süni intellekt satıcılar yaradan yeganə şirkət deyil. İyun ayında Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Baidu, milyonlarla izləyicisi olan elektron ticarət influenseri Luo Yonghao-nun süni intellekt versiyasının iştirakı ilə canlı yayım keçirdi.
         6 saat davam etmiş bu yayım 13 milyondan çox baxış topladı və 55 milyon yuan (7.7 milyon dollar) gəlir gətirdi. Süni intellekt satıcılarının inkişafı ilə yanaşı onların sındırılma üsulları da təkmilləşir. Çin elektron ticarət saytlarındakı bir sıra süni intellekt satıcılar, canlı yayım zamanı şərhlər vasitəsilə həyata keçirilən prompt-injection hücumlarının qurbanı olaraq sıradan çıxıb. Rəqəmsal avatarlar tez-tez influenserlərin yayım vaxtını uzatmaq üçün istifadə olunsa da, bir gün onları tamamilə əvəz edə bilərlər. Süni intellekt ilə aparılan streaming populyarlığının artması Çində onlayn alış-veriş sahəsində başqa bir tendensiya ilə üst-üstə düşür: influenserlər vasitəsilə marketinqdən pərakəndə mağazaların birbaşa marketinqinə keçid. Əvvəllər brendlər məhsullarını tanıtmaq üçün influenserlərə pul ödəyirdilər. Lakin mağazalar öz streaming kanallarını işə saldıqca və qənaət üçün botlara müraciət etdikcə, ümumilikdə influenserlərə olan ehtiyac azalacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib
    meta-oz-suni-intellekt-sobesini-yeniden-teskil-edib
    DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
    deepseek-v31-suni-intellekt-modeli-istifadeye-verilib
    Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər
    hakerler-cesuslar-ve-kibertehlukesizlik-mutexessisleri-aktiv-sekilde-suni-intellektden-istifade-edirler
    Videooyun tərtibatçılarının 90%-i videooyunların hazırlanmasında artıq süni intellektdən istifadə edir
    videooyun-tertibatcilarinin-90-i-videooyunlarin-hazirlanmasinda-artiq-suni-intellektden-istifade-edir
    "Terminator"un rejissoru süni intellekt barəsində narahatlıqlarını dilə gətirib
    terminatorun-rejissoru-suni-intellekt-baresinde-narahatliqlarini-dile-getirib