main-post-cover

    Elon Musk: "Süni zəka sahəsinin növbəti problemi elektrik enerjisinin çatışmazlığı olacaq"

    Süni İntellekt
    21.05.2025
    Emil Nəcəfov
         CNBC-yə verdiyi müsahibənin ikinci hissəsində Elon Musk, xAI startapının və ümumilikdə süni zəka sahəsinin inkişaf perspektivlərindən danışıb. Onun sözlərinə görə, o, şirkətlərinin ehtiyacları üçün ən azı 1 milyon ədəd AMDNVIDIA hesablama sürətləndiricisi almağa hazırdır. Hazırda sahənin inkişaf tempini çip çatışmazlığı ləngitsə də, Musk hesab edir ki, gələn ilin ortalarına qədər bu problem yerini enerji gücü çatışmazlığına verəcək. Musk-ın təsis etdiyi xAI şirkətinin Tennessi ştatında yerləşən Colossus superkompüteri artıq 200 000 hesablama sürətləndiricisinə malikdir. Lakin startap digər mərkəzlərdə 1 milyona qədər sürətləndirici istifadə etməyə hazırdır ki, bu da daha güclü hesablama infrastrukturu yaratmağa imkan verəcək.
         Musk bu qədər avadanlığın nə vaxt alınacağını dəqiq deməyib, lakin vurğulayıb ki, çip çatışmazlığı 2025-ci ilin ortalarına doğru ikinci dərəcəli problemə çevriləcək və əsas maneə elektrik enerjisi çatışmazlığı olacaq. O, həmçinin bildirib ki, şirkət yalnız AMD və NVIDIA çipləri ilə kifayətlənməyəcək, digər istehsalçıların sürətləndiricilərini də almağa hazırdır, lakin onların adlarını açıqlamayıb. Musk-ın qeyd etdiyinə görə, Çin enerji istehsal güclərinin genişləndirilməsinə ABŞ-dan daha çox investisiya yatırır, lakin ABŞ-ın üstünlüyü innovasiyadadır. Tesla şirkətinin Nyu-York ştatında yerləşən hesablama mərkəzi avtopilot sistemlərinin və insanabənzər robotların təlimi üçün istifadə olunur.
         Bununla yanaşı, xAI-yə məxsus Colossus superkompüteri isə Tennessi ştatında yerləşir və Musk bu qurğunu hazırda dünyanın dil modellərinin təlimi üçün ən güclü klasteri hesab edir. xAI və X (əvvəlki Twitter) sosial şəbəkəsi rəsmi olaraq birləşdiyindən, CNBC aparıcısı Musk-dan xAI-nin Tesla ilə də birləşdirilməsi planının olub-olmadığını soruşub. Musk cavabında hazırda belə bir planın olmadığını, lakin ümumiyyətlə bu variantın istisna olunmadığını bildirib. O, belə bir addım atmaq üçün Tesla səhmdarlarının dəstəyinin vacib olduğunu da əlavə edib. Hazırda xAI ilə Tesla arasında əməkdaşlıq artıq mövcuddur. xAI şirkəti öz hesablama mərkəzləri üçün Tesla-dan stasionar enerji saxlama sistemləri alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)
    google-sesli-video-tertibati-uzre-veo-3-suni-zeka-modelini-teqdim-edib-video
    Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər
    generativ-suni-zeka-istehsal-sahesinde-insanlarin-80-ni-evez-ede-biler
    Səudiyyə Ərəbistanında pasientləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib
    seudiyye-erebistaninda-pasientleri-suni-zekanin-mualice-etdiyi-klinika-istifadeye-verilib
    Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir
    sam-altman-chatgpt-nin-butun-insan-heyatini-yadinda-saxlamasini-isteyir
    Süni zəka Braziliyada istedadlı futbolçuların axtarışı üçün istifadə edilir
    suni-zeka-braziliyada-istedadli-futbolcularin-axtarisi-ucun-istifade-edilir