
Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər
Süni İntellekt
20.05.2025
Emil Nəcəfov
Generativ süni zəka yeni nəsil zavodlarda istehsal işlərinin 80%-ni yerinə yetirə bilər, lakin qalan 20% tapşırıqlar üçün hələ də ixtisaslı mütəxəssislər - insanlar tələb olunacaq. Bu fikri Computex 2025 sərgisi çərçivəsində Taybeydə çıxış etmiş dünyanın ən böyük kontrakt elektronika istehsalçısı olan Foxconn şirkətinin sədri Young Liu səsləndirib. “Bu təcrübədən əvvəl düşünürdük ki, bəlkə də insanları, hər bir işçini əvəz edə bilərik. Amma məlum oldu ki, həmin 80%-dən sonrakı hissədə insanlar generativ süni zəkadan xeyli daha yaxşı nəticə göstərirlər” - deyə Liu qeyd edib.

Şirkət istehsalat prosesinin modelləşdirilməsini aparıb və 3 təcrübənin nəticəsinə əsasən müəyyən edib ki, süni zəka agentləri defektlərin aradan qaldırılması, avadanlıqların sazlanması kimi sahələrdə ekspert biliklərini toplaya bilir və ümumi tapşırıqların təxminən 80%-ni yerinə yetirə bilir. Lakin bu səviyyəyə çatdıqdan sonra öyrənmə əyrisi sabitləşir və qalan 20% tapşırıq hələ də ixtisaslı işçilər və texniklər tərəfindən icra olunmalıdır. Gələcəkdə istehsalat prosesi əksər hallarda rəqəmsal modelləşdirmə və süni zəka ilə işləyən zavodlara əsaslanacaq.

Artıq bu gün Foxconn şirkəti NVIDIA Isaac platformasında yeni nəsil robotların yaradılması üzərində çalışır. Bu robotlar milyonlarla ssenaridə simulyasiya şəraitində təlim alır və bu da onların real mühitdə dərhal işləməyə başlamasına imkan verir. Young Liu qeyd edib ki, iqtisadiyyatını yenidən sənayeləşdirmək məqsədi qarşısına qoymuş inkişaf etmiş ölkələrdə süni zəka və robot texnologiyaları işçi qüvvəsinin çatışmazlığı problemini həll edə və miqrant əməyindən asılılığı azalda bilər. iPhone-un ən böyük yığma zavodu kimi tanınan Foxconn, gələcək inkişaf üçün aşağıdakı istiqamətləri müəyyən edib:
- Ağıllı elektromobillər,
- Ağıllı istehsalat,
- Ağıllı şəhərlər.
Son sahə üzrə şirkət artıq Tayvanın Kaosyunq şəhəri və Meksikanın Sonora əyaləti ilə əməkdaşlıq müqavilələri imzalayıb. Şirkət özünü süni zəka ilə işləyən istehsalatda uğurlu lider, ağıllı şəhərlər sahəsində isə gələcək lider kimi görür. Foxconn-un fikrincə, bu istiqamətlər böyük hesablama resursları tələb edən sahələr olacaq. Yeni zavodların inşası zamanı Foxconn və onun tərəfdaşları olan Quanta Computer, Wistron və GigaByte, NVIDIA Omniverse Digital Twin həllərini tətbiq edirlər. Bu texnologiyalar istehsalatın səmərəliliyinin artırılmasında da faydalı olur.
Quanta Computer-in vitse-prezidenti Mike Yang etiraf edib ki, Omniverse sayəsində şirkət zavodun tikintisi üçün tələb olunan xərcləri və vaxtı kəskin şəkildə azalda bilib. Foxconn-un ağıllı zavod və şəhər sistemləri NVIDIA Metropolis platforması üzərində qurulur. Bundan əlavə, Foxconn və NVIDIA, TSMC və Tayvan hakimiyyəti ilə birlikdə həyata keçiriləcək yeni layihəni də elan ediblər. Birgə səylərlə, onlar texnologiyaya yönəlmiş Tayvan adası üçün AI Factory adlı süni zəka superkompüteri inşa etməyi planlaşdırırlar. Bu superkompüterin tərkibində 10 000 ədəd NVIDIA Blackwell prosessoru olacaq və buraya yeni GB300 NVL 72 sistemi də daxildir. TSMC bu sistemi elmi-tədqiqat işlərini inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında pasientləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib

Səudiyyə Ərəbistanında pasientləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib
Səudiyyə Ərəbistanında dünyada ilk dəfə olaraq diaqnostika və pasientlərin müalicəsini süni zəkanın həyata keçirdiyi klinika fəaliyyətə başlayıb. Layihə Çin şirkəti Synyi AI tərəfindən yerli Almoosa Health Group ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir

Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir
OpenAI rəhbəri Sam Altman, ChatGPT-nin gələcəyini istifadəçinin bütün həyatını yadda saxlaya bilən şəxsi süni zəka köməkçisi kimi görür. İdeal halda bu, istifadəçi haqqında hərtərəfli məlumatları - yazışmaları, oxunmuş kitabları, izləmə tarixçəsini və digər məlumatları əhatə edən trilyon tokenlik kontekstə sahib kompakt bir model olacaq.
Süni zəka Braziliyada istedadlı futbolçuların axtarışı üçün istifadə edilir

Süni zəka Braziliyada istedadlı futbolçuların axtarışı üçün istifadə edilir
Braziliyada gənc istedadlı futbolçular, özlərini tanıtmaq üçün Footbao və Cuju tətbiqlərindən istifadə edə bilirlər. Bu tətbiqlərdə onların bacarıqları süni zəka alqoritmi tərəfindən qiymətləndirilir.
Musiqi tərtib edə bilən Stable Audio Open Small adlı süni zəka modeli təqdim edilib

Musiqi tərtib edə bilən Stable Audio Open Small adlı süni zəka modeli təqdim edilib
Məşhur Stable Diffusion neyroşəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti musiqi mövzusuna istiqamətlənmiş Stable Audio Open Small adlı yeni süni zəka modelini təqdim edib.
Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib

Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası AlphaEvolve adlı yeni süni zəka sisteminin yaradıldığını elan edib. Bu sistem machine processing-lə mümkün olan məsələlərin həlli üçün nəzərdə tutulub.
Həftənin xəbərləri

