
Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib
Süni İntellekt
15.05.2025
Emil Nəcəfov
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası AlphaEvolve adlı yeni süni zəka sisteminin yaradıldığını elan edib. Bu sistem machine processing-lə mümkün olan məsələlərin həlli üçün nəzərdə tutulub. Tərtibatçılar əmindirlər ki, bu alqoritm Google-un böyük dil modellərinin (LLM) öyrədilməsi üçün istifadə etdiyi infrastrukturun optimallaşdırılmasına kömək edəcək. Rəsmi açıqlamaya əsasən, hazırda DeepMind bu sistem üçün istifadəçi interfeysi hazırlayır. Bu mərhələ tamamlandıqdan sonra AlphaEvolve-ə ilkin olaraq məhdud sayda tədqiqatçı çıxış əldə edəcək, daha sonra isə sistem daha geniş auditoriyaya təqdim olunacaq.

Əksər süni zəka modelləri vaxtaşırı hallüsinasiyalar yaradırlar. Yəni onlar uydurma faktlar təqdim edirlər. Bu, onların ehtimallara əsaslanan arxitekturası ilə bağlıdır. Qeyd edək ki, OpenAI tərəfindən hazırlanmış o3 kimi yeni nəsil süni zəka alqoritmləri daha əvvəlki modellərdən nisbətən daha çox hallüsinasiyaya meyillidir. Bu da problemin mürəkkəb və dərin xarakter daşıdığını göstərir. AlphaEvolve sistemində hallüsinasiyalarla mübarizə üçün xüsusi bir mexanizm - avtomatik qiymətləndirmə sistemi tətbiq olunub. Bu sistem süni zəka modellərindən istifadə edərək verilən suala cavablar yaradır, həmin cavabları tənqid edir, mümkün cavablar toplusunu formalaşdırır və eyni zamanda onların dəqiqliyini avtomatik şəkildə qiymətləndirir.
AlphaEvolve bu yanaşmadan istifadə edən ilk sistem deyil. Müxtəlif tədqiqatçılar, o cümlədən DeepMind komandası artıq bir neçə ildir ki, bu cür metodları müxtəlif riyazi sahələrdə tətbiq edirlər. Lakin hazırda DeepMind bildirib ki, Gemini kimi ən müasir modellərin AlphaEvolve sisteminə inteqrasiyası onu əvvəlki oxşar həllərlə müqayisədə xeyli güclü və effektiv edir. AlphaEvolve ilə istifadəçi qarşılıqlı əlaqəyə tapşırığın qoyulması ilə başlayır. İstəyə görə, istifadəçi əlavə detallar da təqdim edə bilər. Məsələn, təlimatlar, tənliklər, kod parçaları və əlaqəli ədəbiyyat. Həmçinin, cavabların avtomatik qiymətləndirilməsi üçün formul şəklində qiymətləndirmə mexanizmi təqdim etmək tələb olunur.

Çünki AlphaEvolve yalnız özünün dəqiqliyini müstəqil şəkildə yoxlaya bildiyi məsələləri həll edə bilir. Bu səbəbdən sistem yalnız müəyyən növ tapşırıqlarla işləyə bilir. Xüsusilə informatika və sistem optimallaşdırılması sahələrində. Daha bir ciddi məhdudiyyət ondan ibarətdir ki, bu süni zəka sistemi həlləri yalnız alqoritmlər şəklində təqdim edə bilir. Bu da onu sayısal olmayan məsələlərin həlli üçün az yararlı edir. Test mərhələsində AlphaEvolve müxtəlif sahələri - həndəsədən kombinatorikaya qədər - əhatə edən təxminən 50 riyazi tapşırıq üzərində işləyib. Nəticədə süni zəka sistemi məşhur həlləri 75% hallarda yenidən qurmağı, 20% hallarda isə daha təkmilləşdirilmiş həll variantları tapmağı bacarıb. DeepMind həmçinin sistemi praktiki məsələlərdə də sınayıb.
Məsələn, Google-un məlumat emal mərkəzlərinin səmərəliliyinin artırılması və süni zəka modellərinin öyrədilmə sürətinin yüksəldilməsi kimi sahələrdə. Tərtibatçıların məlumatına görə, AlphaEvolve Google-un dünyadakı hesablama resurslarının 0.7%-ni yenidən istifadəyə qaytaran alqoritm yaradıb. Sistem, həmçinin Gemini model ailəsinin öyrədilmə müddətini 1% azaltmağa imkan verən optimallaşdırma variantı da təklif edib. Qeyd edilməlidir ki, AlphaEvolve hələlik inqilabi kəşflər etməyib. Bir təcrübədə sistem Google-un TPU süni zəka sürətləndiricisinin dizaynını yaxşılaşdırmaq üçün bir variant təklif edib, lakin bu həll əvvəllər başqa alqoritmlər vasitəsilə də tapılmışdı. Bununla belə, DeepMind digər süni zəka tərtibatçıları ilə eyni arqumenti irəli sürür: AlphaEvolve vaxt qənaəti təmin edir və mütəxəssislərə daha vacib məsələlərə fokuslanmaq imkanı verir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir

Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir
Avropanın onlarla qiymət müqayisə saytları Google şirkətinə qarşı 12 milyard avrodan çox məbləğdə məhkəmə iddiası qaldırıb və onu ədalətsiz rəqabətdə ittiham ediblər.
Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb

Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb
Apple-ın machine learning komandası Nankin Universiteti və Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb.
Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)

Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)
Google şirkəti rəsmi olaraq Android mobil əməliyyat sisteminin istifadəçi interfeysində Material 3 Expressive konsepsiyasına əsaslanan böyük dizayn yeniləməsini təqdim edib. Tərtibatçılar bu dəyişikliklərlə interfeysə daha çox emosional çalarlar əlavə etməyə, onu daha cəlbedici və eyni zamanda istifadəçilər üçün daha sadə etməyə çalışıblar.
Süni zəka qan analizi sayəsində 15 növ xərçəngi təyin edə bilir

Süni zəka qan analizi sayəsində 15 növ xərçəngi təyin edə bilir
Böyük Britaniyadan olan alimlər standart sağlamlıq göstəriciləri əsasında müxtəlif növ xərçənglərin erkən aşkarlanması üçün 2 alqoritm təqdim ediblər. Sadə diaqnostika, qeyri-spesifik simptomlarla müşayiət olunan xərçəngin aşkarlanmasında böyük irəliləyiş təmin edə bilər.
Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib

Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib
Keçən il o qədər də uğurlu olmayan Find My Device tətbiqinin istifadəyə verilməsindən sonra Google bu xidməti Find Hub adlandıraraq tətbiqin rebrendinqini reallaşdırıb.
Həftənin xəbərləri

