main-post-cover

    Google Maps-ə Gemini əsaslı yeni bir bölmə əlavə olunub

    Süni İntellekt
    20.11.2025
    Sevinc Miralizade
        Technote.az TechCrunch platformasına istinadən bildirir ki, Google Maps istifadəçilərin yola çıxmazdan əvvəl daha hazırlıqlı olması və vaxtına qənaət etməsi üçün bir sıra yeni funksiyalar istifadəyə verib. Yeniliklər arasında Gemini tərəfindən gücləndirilən “know before you go” ipucuları bölməsi, təkmilləşdirilmiş Explore nişanı və elektrikli avtomobil sürücüləri üçün şarj məntəqələrinin mövcudluq proqnozu yer alır.
        Artıq istifadəçilər Maps-də restoran, otel və ya konsert məkanları kimi yerləri axtararkən həmin məkan haqqında öncədən bilməli olduqları məlumatları göstərən yeni bir ipucu bölməsi görəcəklər. Bu bölmə, məsələn:
    • rezervasiyanı necə etmək lazım olduğunu,
    • ən yaxşı harada park etməyin mümkün olduğunu və digər faydalı məlumatları göstərə bilər. İstifadəçilər hər ipucuna klikləməklə əlavə detalları görə bilirlər.
        Bu funksionalıq hazırda ABŞ-də Android və iOS platformalarında istifadəyə verilir.
        Google, həmçinin Explore nişanını yeniləyərək yaxınlıqda trend olan məkanları tapmağı daha sürətli və rahat hala gətirib. İstifadəçilər sadəcə ekranda yuxarı sürüşdürməklə:
    • məşhur restoranları,
    • fəaliyyət növlərini,
    • yaxınlıqdakı görməli yerləri asanlıqla tapa bilərlər. Məsələn, yeni açılmış bir kafe və ya maraqlı bir sənət qalereyası kimi məkanlar dərhal görünəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google köhnə Pixel modelləri üçün "Device Health & Support" panelini yenilədi
    google-kohne-pixel-modelleri-ucun-device-health-support-panelini-yeniledi
    Google Messages qalereya ilə bağlı problemi aradan qaldırır
    google-messages-qalereya-ile-bagli-problemi-aradan-qaldirir
    Google Gemini 3-ü təqdim edib
    google-gemini-3-u-teqdim-edib
    Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
    suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
    Android təhlükəli tətbiqləri daha yaxşı təyin edəcək
    android-tehlukeli-tetbiqleri-daha-yaxsi-teyin-edecek