Warner Music Suno ilə aralarındakı mübahisəni həll edib
Süni İntellekt
26.11.2025
Sevinc Miralizade
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Warner Music Group süni intellektlə musiqi yaradılması sahəsində fəaliyyət göstərən Suno startapı ilə hüquqi mübahisəni rəsmi olaraq həll etdiyini açıqlayıb. Şirkətin yaydığı bəyanata görə, bu anlaşma musiqi yaradılması, dinləyici ilə qarşılıqlı əlaqə və musiqi kəşfi sahəsində yeni mərhələnin əsasını qoyacaq. Eyni zamanda, əməkdaşlıq sənətçilərin, müəlliflərin və yaradıcılıq icmasının hüquqlarının qorunmasına və ədalətli şəkildə ödəniş almasına yardım edəcək.
Anlaşmanın bir hissəsi olaraq, WMG canlı musiqi tədbirlərinin kəşfi üçün nəzərdə tutulan məşhur platforma Songkick-i Suno-ya satıb. Artıq Songkick Suno-nun idarəçiliyi ilə fanatlar üçün ayrıca musiqi və konsert kəşf platforması kimi fəaliyyətini davam etdirəcək. Əməkdaşlıq çərçivəsində Suno gələn ildən etibarən daha inkişaf etmiş və rəsmi lisenziyaya əsaslanan süni intellekt musiqi modelləri təqdim edəcək. Xidmətin audio yükləmə funksiyası yalnız ödənişli istifadəçilər üçün aktiv olacaq. Pulsuz istifadəçilər isə yaratdıqları mahnıları yalnız dinləyə və paylaşa biləcəklər.
Warner Music-in kataloquna daxil olan sənətçilər, Lady Gaga, Coldplay, The Weeknd, Sabrina Carpenter və digərləri bundan sonra öz adları, obrazları, səsləri və əsərlərinin AI tərəfindən necə istifadə olunacağına tam nəzarət edəcəklər. Warner Music Group-un baş direktoru Robert Kyncl açıqlamasında bildirib: “Bu tarixi razılaşma bütün yaradıcılıq icması üçün qələbədir. Suno sürətlə həm istifadəçi, həm də gəlir baxımından böyüyür və bu mərhələdə əməkdaşlıq musiqi təcrübələrini genişləndirmək üçün böyük imkan yaradır”.
Bu xəbər WMG-nin keçən həftə digər AI musiqi startapı Udio ilə müəllif hüquqları iddiasını həll etməsi və 2026-cı ildə təqdim olunacaq AI musiqi yaradılması xidmətinə lisenziya anlaşması bağlamasından sonra gəlib. Bu iki böyük razılaşma musiqi sənayesinin süni intellektə qarşı sərt mövqedən əməkdaşlıq yanaşmasına keçid etdiyini göstərir. Qeyd edək ki, ötən il Universal Music Group, Sony Music Entertainment və Warner Music Group həm Suno, həm də Udio-ya qarşı müəllif hüquqlarının pozulması iddiası qaldırmışdı. İndi isə Universal və Sony də startaplarla mümkün lisenziyalaşdırma və razılaşma barədə danışıqlar aparır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT səs rejimi yeniləyir!
ChatGPT səs rejimi yeniləyir!
OpenAI ChatGPT-nin səs funksiyasını əsas söhbət pəncərəsinə gətirərək istifadəçilərə danışarkən cavabları ekranda görmə imkanı təqdim edir.
Gemini 3 süni intellekt yarışında öndədir
Gemini 3 süni intellekt yarışında öndədir
Gemini 3 bir çox testlərdə lider olsa da, real iş axınlarında hələ digər modellərin yerini tam tuta bilmir.
Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”
Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”
OpenAI-ın yeni ekransız AI cihazı istifadəçiyə daha sakit, bildirişsiz və intuitiv təcrübə təqdim etmək üçün hazırlanır.
AWS ABŞ hökuməti üçün AI infrastrukturuna 50 milyard dollar yatırır
AWS ABŞ hökuməti üçün AI infrastrukturuna 50 milyard dollar yatırır
Şirkət açıqlayıb ki, federal agentliklərə yüksək səviyyəli AI xidmətləri təqdim etmək məqsədilə 50 milyard dollarlıq xüsusi “yüksək-performanslı hesablamalar” infrastrukturu tikəcək.
Google Gmail ilə bağlı AI məxfilik qalmaqalına aydınlıq gətirib
Google Gmail ilə bağlı AI məxfilik qalmaqalına aydınlıq gətirib
Sosial şəbəkələrdə sürətlə yayılan paylaşımlar və Malwarebytes kimi saytların yazıları iddia edir ki, Google siyasətini dəyişib və Gmail mesajlarınızı süni intellekt modellərini öyrətmək üçün istifadə edir.
Həftənin xəbərləri