Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Süni İntellekt
15.01.2024
Emil Nəcəfov
Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb. Bu irimiqyaslı işin yerinə yetirilməsinə 3 gün vaxt sərf edilib. Mütəxəssislər neyron şəbəkəsinə batareya üçün nəzərdə tutulmuş materialların yaradılması tapşırığını veriblər. Lakin yaradılacaq materialların tərkiblərində litium az miqdarda olmalı idi. İlk növbədə neyron şəbəkəsi bu istiqamətdə 32 milyon ədəd müxtəlif material variantını təqdim edib. Daha sonra sistem həmin variantlardan istifadədə daha stabil olanları seçməli idi.
Nəticədə neyron şəbəkəsi istifadədə stabil ola biləcək yarım milyon variantı seçdi. Növbəti mərhələdə mütəxəssislər neyron şəbəkəsi üçün tapşırığı daha da konkretləşdirdilər. Belə ki, mütəxəssislər ondan hansı variantın enerji keçiriciliyinə sahib olduğunu təyin etməyi və təklif edilmiş hər bir material daxilində atom ilə molekulların necə hərəkət etdiklərini modelləşdirməyi tələb etdilər. Nəticədə bütün hesablama proseslərindən sonra ortada 23 ədəd material qaldı. Bununla belə onlardan 5-i daha öncə mütəxəssislərə məlum idi. Yəni süni zəka faktiki olaraq müxtəlif texnologiyalarda istifadə edilə biləcək 18 yeni materialı kəşf edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
Analitiklər artıq müəyyən müddət ərzində proqnozlaşdırırlar ki, Microsoft bazar dəyəri mövzusunda Apple şirkətini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olacaq.
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib.
Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək
Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək
WordPad tətbiqi 30 ilə yaxın Windows əməliyyat sisteminin bir hissəsi olub.
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər arasında keçirilmiş sorğuya əsasən süni zəkanın insan idarəsi altından çıxaraq bizləri məhv etmə riski 5% təşkil edir.
Microsoft yaxın zamanda ABŞ-ın ən bahalı şirkəti statusunu əldə edə bilər
Microsoft yaxın zamanda ABŞ-ın ən bahalı şirkəti statusunu əldə edə bilər
Microsoft ABŞ-ın ən bahalı şirkəti statusunu özünə geri qaytarmaq yolunda irəliləyir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!